Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 İyun

2018
16:49
Baqali Dabo `Neftçi`yə transfer olundu

Topaz Premyer Liqasının iştirakçıları transfer çalışmalarını davam etdirirlər. Elita nümayəndələri heyətlərində “təmizləmə işləri” aparmaqla yanaşı, yeni oyunçular almağa da çalışırlar.
 
Klubunu tərk edən bir neçə oyunçunun adına artıq aydınlıq gəlib. Həmçinin, icarədən qayıdan futbolçular da var.

“Qarabağ”

Gələnlər: Filip Ozobiç (“Qəbələ”), Rahil Məmmədov (“Səbail”)

Gedənlər: Pedro Enrike (PAOK, Yunanıstan: icarə müddəti başa çatıb), Ramil Şeydayev ("Trabzonspor", Türkiyə: icarə müddəti başa çatıb), Rahid Əmirquliyev, Ağabala Ramazanov (hər ikisi "Səbail"), Əfran İsmayılov ("Sumqayıt"), Riçard Almeyda, İbrahim Şehiç, Elvin Yunuszadə, Arif Daşdəmirov

Müqavilə müddətini artıranlar: Rəşad Sadıqov, Ansi Aqolli

“Qəbələ”

Gələnlər: Sənan Qurbanov (baş məşqçi), Miloş Yevtiç (məşqçi), Rauf Əliyev (“Kukesi”, Albaniya), Araz Abdullayev (“Anortosis”, Kipr: icarədən qayıdıb), Bəhlul Mustafazadə ("Sumqayıt": icarədən qayıdıb), Roman Hüseynov ("Kəpəz": icarədən qayıdıb), Sabien Lilay ("Skenderbeu", Albaniya)

Gedənlər: Roman Qriqorçuk (baş məşqçi), Filip Ozobiç ("Qarabağ"), Ruslan Qurbanov ("Səbail"), Elvin Məmmədov ("Sumqayıt"), Yusif Nəbiyev ("Sumqayıt": icarəyə), Dion Malon, Vitali Vernidub, Baqali Dabo ("Neftçi")

Müqavilə müddətini artıranlar: Dmitri Bezotosnı, Ürfan Abbasov, Elvin Camalov, Cavid Hüseynov, Asif Məmmədov, Aqil Məmmədov, Rasim Ramaldanov

“Neftçi”

Gələnlər: Roberto Bordin (baş məşqçi), Tural Axundov, Rəşad Eyubov (hər ikisi "Sumqayıt"), Dario Federiko ("Kəpəz"), Slavko Braliç (“Şiroki Brieq”, Bosniya və Herseqovina), Baqali Dabo ("Qəbələ")

Gedənlər: Tərlan Əhmədov (baş məşqçi), İlkin Qırtımov ("Zirə"), İqnasio Errera, Derlis Meza Kolli, Rəşad Sadiqov, Elnur Cəfərov, Fəhmin Muradbəyli ("Səbail", icarə)

Müqavilə müddətini artıranlar: Ruslan Abışov, Kirill Petrov, Məhəmməd Mirzəbəyov, Emin Mahmudov

“Zirə”

Gələnlər: İlkin Qırtımov ("Neftçi"), Kamal Mirzəyev ("Zirə")

Gedənlər: Yani Urdinov ("Bohemians", Çexiya: icarə müddəti başa çatıb), Comal Evans Uilyams ("Murselaqos", Meksika: icarə müddəti başa çatıb), Elşən Abdullayev ("Qarabağ", icarə müddəti başa çatıb), Orxan Əliyev ("Səbail"), Yovan Krneta, Milan Duriç, Viktor İqbekoyi, Aleksandr Şemonayev

Müqavilə müddətini artıranlar: Ayxan Abbasov (baş məşqçi), Mirsahib Abbasov, Anar Nəzirov, Kamal Bayramov, Sadiq Quliyev, Vüqar Mustafayev, Müşfiq İlyasov

“Sumqayıt”

Gələnlər: Nazim Süleymanov (baş məşqçi), Əfran İsmayılov ("Qarabağ"), Elvin Məmmədov ("Qəbələ"), Yusif Nəbiyev ("Qəbələ": icarəyə), Şəhriyar Əliyev ("Kəpəz"), Murad Xaçayev (“Şaxtyor”, Donetsk, Ukrayna: icarəyə)

Gedənlər: Samir Abasov (baş məşqçi), Bəhlul Mustafazadə ("Qəbələ": icarə müddəti başa çatıb), Fərhad Vəliyev (karyerasını bitirib), Azər Salahlı, Amil Yunanov (hər ikisi "Keşlə"), Vüqar Bəybalayev ("Səbail"), Tural Axundov, Rəşad Eyubov (hər ikisi "Neftçi"), Kamal Mirzəyev ("Zirə"), Elnur Abdullayev

Müqavilə müddətini artıranlar: Vurğun Hüseynov, Cavid Tağıyev, Bəxtiyar Həsənalızadə, Rail Məlikov
 
“Keşlə”

Gələnlər: Azər Salahlı, Amil Yunanov (hər ikisi "Sumqayıt")

Gedənlər: Məqsəd İsayev ("Sabah"), Pablo Podio ("Fastav", Çexiya: icarə müddəti başa çatıb), Nemanya Stoyanoviç ("Qarabağ Vyana", Avstriya: icarə müddəti başa çatıb), Qara Qarayev

Müqavilə müddətini artıranlar: Yuri Maksimov (baş məşqçi), Slavik Alxasov, Fuad Bayramov, Sərtan Taşkın, Tərlan Quliyev, Adrian Skarlatake, Məmməd Quliyev, Andre Klennon, Vaqif Cavadov, Əlibəy Məmmədli, Orxan Sadıqlı, Kamran Ağayev, Denis Silva, Cabir Əmirli, Murad Qayalı

"Səbail"

Gələnlər: Aftandil Hacıyev (baş məşqçi), Rahid Əmirquliyev, Ağabala Ramazanov (hər ikisi "Qarabağ"), Şəhriyar Rəhimov ("Kəpəz"), Orxan Əliyev ("Zirə"), Ruslan Qurbanov ("Qəbələ"), Vüqar Bəybalayev ("Sumqayıt"), Fəhmin Muradbəyli ("Neftçi", icarə)

Gedənlər: Samir Əliyev (baş məşqçi), Yevgeni Koçuk (“Jilina”, Slovakiya: icarə müddəti başa çatıb), Faruk Miya (“Standard”, Belçika: icarə müddəti başa çatıb), Rahil Məmmədov ("Qarabağ"), Kərim Diniyev ("Sabah"), Elman Taqayev, Ayrton Stati, Nikoloz Apakidze, Murad Ağayev, Vahit Orazsahedov, Nurlan Novruzov, Raul Yaqubzadə, Vüqar Nadirov, Ruslan Əmircanov

Müqavilə müddətini artıran: yoxdu

“Kəpəz”

Gələn: yoxdu

Gedənlər: Şəhriyar Rəhimov ("Səbail"), Tərzin Cahangirov ("Sabah"), Şəhriyar Əliyev ("Sumqayıt"), Dario Federiko ("Neftçi"), Roman Hüseynov ("Kəpəz": icarə müddəti başa çatıb), Sergey Litovçenko

Müqavilə müddətini artıran: yoxdu

“Sabah”

Gələnlər: Tərzin Cahangirov ("Kəpəz"), Məqsəd İsayev ("Keşlə"), Kərim Diniyev ("Səbail"), Tərlan Əhmədli, Novruz Məmmədov, Ülvi İbazadə, Eltun Turabov, Vadim Abdullayev, Tural Qürbətov, Bəxtiyar Soltanov (hamısı “Xəzər”)

Gedən: Arif Əsədov (baş məşqçi)

Müqavilə müddətini artıran: yoxdu

Qeyd: “Kəpəz” və “Sabah”ın aqibəti bəlli olmadığından, hələlik hər iki komandanı siyahıda saxlayırıq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : klublar 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-11-2018 15:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com