Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 İyun

2018
15:39
1507
Bin Ladenin şəxsi sürücüsü Liviyada əsir götürüldü

"Əl-Qaidə" terror təşkilatının sabiq lideri Üsamə bin Ladenin şəxsi sürücüsü olmuş və terrorçuların liderlərindən sayılan Əbu Səfyan bin Kammu Liviyada ordu tərəfindən əsir götürülüb. FaktXəbər bildirir ki, bu barədə mərkəzi ofisi Dubayda yerləşən "Əl-Ərəbi" televiziyası məlumat yayıb.

"Əl-Qaidə"nin nüfuzlu üzvlərindən olan Əbu Səfyan bin Kammu Liviya Silahlı Qüvvələri tərəfindən Dərnə şəhərində yaxalanıb.
 
Qeyd edək ki, Əbu Səfyan 1980-cı illərdə Sudanda olduğu dövrdə Üsame bin Ladenin xüsusi sürücüsü olub. O, ABŞ əsgərləri tərəfindən yaxalanaraq Quantanamo bazasına yerləşdirilib. 2007-ci ildə Liviyadakı həbsxanaya köçürülən bin Ladenin sürücüsü 2011-ci ildə də oradan qaçmışdı.

Məqalədə : Üsamə bin Laden 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-07-2018 07:45



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com