Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 İyun

2018
14:39
Müəllimlər də repetitorlara müraciət edirlər - EKSPERT

“İmtahan verəcək bəzi müəllimlər də hazırlıq kursları və repetitorlara müraciət edirlər” – Ekspertdən sərt yanaşma

Müəllimlərin Diaqnostik Qiymətləndirməsi zamanı ən yüksək nəticə göstərənləri artıq valideynlərin xüsusi diqqətindədir.

Bir çox valideynlər belə iddia edir ki, müəllimlərin  imtahanında ən yaxşı nəticə göstərən pedaqoq, öz növbəsində, övladlarının gələcəkdə ali məktəblərə qəbul zamanı ən yüksək bal toplamasına yardımçı olacaq.

Digər bir iddiaya görəsə, imtahanda yüksək nəticə göstərən müəllimlər, həm də ən yaxşı repetitorlar ola bilərlər.

Diaqnostik Qiymətləndirmədə müəllimin yaxşı nəticə göstərməsi onun yüksək potensiala, bilikötürmə qabiliyyətinə malik olduğunu deməyə tam olaraq əsas verirmi?

“Müəllimlərin məsuliyyəti aşağı düşmüşdü”

Müəllimlərin imtahanında yüksək nəticə göstərmənin üstünlükləri nədir?

Təhsil eksperti Kamran Əsədov Modern.az-a açıqlamasında  deyib ki, 2014-cü ildən ümumtəhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması ortaya çox ciddi faktları çıxarıb:

“Birincisi 4472 orta məktəbdə çalışan 151 min müəllim arasında minlərlə müəllimin təhsil sənədinin dövlət nümunəsi olmadığı ortaya çıxdı. Bundan başqa diaqnostik imtahanda iştirak edən müəllimlərin 45 faizə qədərinin qənaətbəxş nəticə göstərmədiyi məlum oldu.

DQ  imtahanlarından iştirak edən müəllimlər yalnız ixtisas fənləri və kurikulumdan, ümumilikdə, 60 test tapşırığına cavab verməli idilər. Yəni müəllimlər yalnız biliklərini nümayiş etdirirlər. Lakin onların bacarıqlarının yoxlanılmasının mexanizmi tətbiq edilmədi.

Nəzərə alsaq ki, orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin sonuncu dəfə biliklərinin yoxlanılması 1994-cü ildə həyata keçirilmişdi, uzun müddət ərzində bunun həyata keçrilməməsi müəllimlərin məsuliyyətini aşağı salmışdı. Məhz bu imtahanlardan sonra ümumtəhsil müəssisələrində çalışanların  bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsini aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırıldı. Müəllimlərin dərs bölgüsü də məhz DQ imtahanında topladıqları bala görə bölündü”.

Savadlı müəllimlərin aşağı nəticə göstərməsinə səbəb olan amillər nədir?!

Ekspert bildirib ki, müəllimlərin imtahanında yüksək nəticə göstərməklə bağlı məsələlər ilk baxışdan ədalətli görünsə də, bunun çatışmayan tərəfləri var:

“Belə ki, test imtahanında əldə edilən nəticə bilik göstəricisi ola bilməz. Düzdür, 10 baldan aşağı nəticəyə heç bir halda haqq qazandırmaq olmaz, amma yüksək nəticə əldə edənlər,  bunu birbaşa yox, xüsusi hazırlıqla əldə ediblər. Təhsil Nazirliyi tərəfindən MİQ və DQ imtahanları keçirilməyə başlayandan sonra müəllimlər hazırlıq kurslarına, repetitorlara müraciət etməyə başladılar. Yəni kiminsə əldə etdiyi yüksək DQ balı, onun gündəlik dərs prosesində həyata keçirdiyi dərslə əlaqəli deyil, bu onların xüsusi hazırlığı nəticəsində ortaya çıxan nəticədir. Bundan başqa kompyuterdən istifadə etməyən yaşlı müəllimlər buna görə aşağı nəticə əldə edirlər. Qeyd olunan imtahanların Bakı şəhərində və ya bir çox müəllimlərə uzaq məsafədə keçirildiyinə görə yol yorğunluğu, narahatlıqlar da nəticələrin aşağı düşməsinə şərait yaradır. Hesab edirəm ki, MİQ və DQ imtahanlarda yüksək bal toplayan müəllimlərin heç də hamısına tam bilikli və bacarıqlı müəllim kimi baxmaq düzgün deyil. Müəllimin biliyi, bacarığı, keyfiyyəti onun apardığı və dediyi dərsdən asılıdır. Əgər o həqiqətən də yüksək kompitensiyalara malik müəllimdirsə, onun dərsi keyfiyyətli və nəticəsi yüksək olacaq. Müəllimlərin MİQ və DQ imtahanlarından əldə etdikləri nəticələr repititor, hazırlıq kurslarında əldə etdikəri əsasındadır. Onlar ali təhsil aldıqları zaman əldə etdikləri və ya gündəlik dərs prosesindəki bilikləri ilə o imtahanlara girsələr heç 50 faiz nəticə əldə edə bilməzlər”

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İmtahan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2018 18:28



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com