Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 İyun

2018
14:15
2848
Ağsu və İsmayıllıda 500-dən çox ailəyə ziyan dəyib

İyunun 17-də, gecə güclü küləklə müşayiət olunan leysan yağışları İsmayıllı və Ağsu rayonlarında təsərrüfat sahələrinə ciddi ziyan vurub.

Qasırğaya oxşar şiddətli külək rayonun Çəmənli, Qalınçaq, Diyalli və Cülyan kəndlərində bir neçə yaşayış evinin, sosial obyektin, tövlənin və yardımçı tikilinin dam örtüyünü dağıdıb. Leysan nəticəsində 20-dan çox evi su ilə dolub, insanların mebel və məişət əşyaları, yataq dəstləri su altında qalıb.

Rayonun Cülyan kənd sakini Anar Feyzullayevə məxsus minik avtomobilinin üzərinə ağac aşıb. Yağışdan sonra əmələ gələn sel suları rayonun Tircan və Maçaxı kəndlərinin avtomobil yolunu dağıdıb, Qoydan kəndi ərazisində torpaq sürüşməsi aktivləşib. Elektrik dirəkləri aşıb, naqillər qırılıb, İsmayıllının 66 kəndinə elektrik enerjisinin nəqli dayanıb. Bundan əlavə, küləyin təsiri nəticəsində ağaclar aşıb, su xətti qırılıb, 20 kəndə içməli suyun verilməsi dayanıb. Külək və leysan yağışı yetişən, lakin hələ biçilməyən taxılı tələf edib. Əkin sahələrinə və meyvə bağlarına da böyük ziyan dəyib.

Güclü külək və leysan Ağsu rayonunun Rəhimli, Göydəlləkli, Qaradağ və Şahbəyli kəndlərinə ciddi ziyan vurub. İlkin məlumata görə, külək 70-dən çox evin dam örtüyünü dağıdıb. Güclü külək meyvə ağaclarına və taxıl sahələrinə ziyan vurub. Ondan çox irigövdəli ağac aşıb. Təbii fəlakət nəticəsində rayon ərazisinin 70 faizində elektrik enerjisinin nəqli kəsilib.

Hazırda İsmayıllı və Ağsuda rayon fövqəladə hallar komissiyalarının nümayəndələri kəndlərdə təbii fəlakətdən ziyan çəkən insanlarla görüşür, onların müraciətinə baxır. Təbii fəlakət zamanı evlərə, əkin sahələrinə və meyvə bağlarına dəyən ziyana görə ümumilikdə 500-dən çox insan, o cümlədən əkinçiliklə məşğul olan fərdi təsərrüfat sahibi, kəndli fermer və bağban külli miqdarda maddi zərər görüb. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlərə başlanılıb.(apa)

Məqalədə : Ağsu İsmayıllı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan son 8 ayda 58,4 mln dollar qazanıb

18

Sentyabr
15:59
İQTİSADİYYAT
110

Əlilliyin təyin edilməsi üçün yeni model hazırlanır

18

Sentyabr
15:51
AİLƏ, SAĞLAMLIQ
117

Azərbaycanda 7 məhkəmə hakimi cəzalandırılıb

18

Sentyabr
15:47
HÜQUQ,HADİSƏ
113

Lənkəranda 2 maşın toqquşdu, ölən var

18

Sentyabr
15:44
HÜQUQ,HADİSƏ
111

Deputatların pensiyası artırılacaq

18

Sentyabr
15:27
İQTİSADİYYAT
132

Roqozin Türkiyəni Baykonura çağırdı

18

Sentyabr
15:19
DÜNYA
136

Siyasi hücumlar üçün virus aşkarlanıb

18

Sentyabr
14:57
MARAQLIDIR
142

Rusiyada terrorun qarşısı alınıb-VİDEO

18

Sentyabr
14:31
DÜNYA
257

“Azərişığ”ın maşını aşdı - Ölənlər var

18

Sentyabr
14:16
HÜQUQ,HADİSƏ
282

Sentyabrın 19-na gözlənilən hava proqnozu

18

Sentyabr
12:56
DÜNYA
268
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2019 19:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru