Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 İyun

2018
12:03
1296
Sabah Bakıda hava yağmursuz olacaq

Atmosfer təzyiqinin xeyli enməsi fonunda gilavar küləyinin əsməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər. Dekabrın 18-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FaktXəbər-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 4-6, gündüz 8-11 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin şərq rayonlarında isə çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 70-80 faiz təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə sabaha atmosfer təzyiqinin xeyli enməsi fonunda gilavar küləyinin əsməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-07-2018 07:42



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com