Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 İyun

2018
14:12
Övladımın itaətkarlığına görə narahat olmalıyammı?

Bəzən valideynləri belə bir sual düşündürür: Övladımın itaətkarlığına görə narahat olmalıyammı?

Valideynin bütün istəklərini qeyd-şərtsiz yerinə yetirən uşaq, çox güman ki, sərt rəftarla tərbiyə olunmuşdur. Yalnız qorxu altında şəxsiyyəti sındırılmış uşaqlar bütün deyilənlərə əməl edir. Belə uşaqlar yalnız ətrafdakıları razı salmaq barədə düşünürlər. Onlar daim göstəriş gözləyir və müstəqil şəkildə hər hansı bir işi başa çatdıra bilmirlər. Uşaq vaxtı müti olan insanlar yaşa dolduqdan sonra yalnız əl altında işləyə bilir, yaradıcılıq qabiliyyətindən məhrum olurlar.

Məktəbdə müəllimlər belə uşaqları daha çox sevirlər. Hətta onları başqalarına nümunə göstərirlər. Elə valideynlər də onları əzizləyir. Amma belə uşaqlar öz uşaqlıq dövrlərindən ləzzət ala bilmirlər. Yaşıdları onları məsxərəyə qoyur və özlərindən uzaqlaşdırırlar. Müti uşaqlar daim böyüklərin razılığını güddüklərindən öz şəxsiyyətlərini biruzə verə bilmirlər. Bu hal onlarda ömür boyu davam edir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : ailə övlad 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-11-2018 00:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com