Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 İyun

2018
13:05
3117
Ancelina Coli Mosulu görüb dəhşətə düşdü - FOTO

Oskar mükafatçısı aktyor və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının xoşməramlı səfiri Ancelina Coli İraqda İŞİD terror təşkilatının hücumları və baş verən toqquşmalarda dağılan Mosul şəhərinə gəlib.

FaktXəbər-in məlumatına görə, məşhur aktyor şəhərin qərb hissəsindəki Qədim Mosul bölgəsində dağıntılar olan yeri gəzib.

Bəzi rayon sakinləri ilə söhbət edən Coli, xalqın ehtiyacları və yenidən abadlıq işləri barədə məlumat alıb.

BMT-dən verilən yazılı açıqlamaya görə Coli, "Bu, Ali Komissarlıqda işlədiyim illər ərzində gördüyüm ən böyük dağıntıdır", - deyə bildirib.

Coli insanların hər şeylərini itirdiyini, evlərinin dağıdıldığını, yoxsul olduqlarını, əllərində uşaqları üçün dərman olmadığını və çoxunun içməli su belə tapmadığını qeyd edib.

Bölgə sakinlərinin İŞİD işğalına görə aldıqları zərbədən sonra hazırda evlərini çox məhdud yardımlarla yenidən qurmağa çalışdıqlarını bildirən Coli, çoxunun baş verən şoka və ağrılara baxmayaraq nikbin olduğunu, evlərinin xarabalıqlarını öz əlləri ilə təmizlədiklərini və bir-birilərinə yardım etdiklərini söyləyib.

Xalqın yardıma ehtiyacı olduğunu vurğulayan BMT-nin xoşməramlı səfiri həmçinin şəhərin sabitliyinin bütün İraqın və gələcəkdə bölgənin sabitliyi üçün lazımlı olduğuna diqqəti çəkib.

Məqalədə : İraq Mosul 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-07-2018 21:06



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com