Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 İyun

2018
12:22
Bakı rayonlarının icra başçılarına sərt XƏBƏRDARLIQ

Bakı rayonlarının icra başçılarının iştirakı ilə müşavirə keçrilib.

İclasda icra başçılarına yerlərdə vətəndaşlarla müntəzəm əlaqənin saxlanması, düzgün kadr seçimi, təhsil infrastrukturunun və mühitinin yaxşılaşdırılması və sair məsələlərlə bağlı  konkret tapşırıqlar verilib.

Bakının bir neçə rayon icra başçılarının işində nöqsanlar olduğu diqqətə çatdırılıb. İnsanlar tərəfindən narazılıqların olduğuna görə yaxın zamanlarda həmin icra başçıların işdən azad olunacağı xəbərdarlığı edilib.

Şikayətlər əsasən Suraxanı, Sabunçu, Xətai, Qaradağ rayonlarında olan narazılıqlarla bağlıdır. Bununla belə paytaxtın digər rayonlarının icra başçılarına da xəbərdarlıq edilib.

Gözlənilən odur ki, təmsil etdiyi bölgədə vəzifələrindən sui-istifadə edən, sakinlərin problemləri ilə maraqlanamayan icra başçıları tutduqları vəzifədən azad ediləcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Bakı İcra Hakimləri 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2018 08:24



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com