Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 İyun

2018
11:40
Nazir gənclərin işlə təmin olunmasından danışıb

“Gənclərin əldə etdikləri peşə bacarıqları müqabilində əmək bazarına çıxış imkanlarına yiyələnmələrinə və məşğulluğunun təminatına diqqət artırılacaq”. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Faktxeber.com-a verilən məlumata görə, bunu nazir Sahil Babayev peşə reabilitasiyasına cəlb edilmiş sağlamlıq imkanları məhdud gənclərlə görüşü zamanı deyib.

Sahil Babayev nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində olub. Nazir Ramazan bayramı münasibəti ilə Mərkəzdə keçirilən tədbirdə iştirak edib, burada peşə reabilitasiyasına cəlb edilmiş sağlamlıq imkanları məhdud gənclərlə görüşüb.

S.Babayev diqqətə çatdırıb ki, Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi, burada yaradılan müasir şərait dövlət başçısının sağlamlıq imkanları məhdud gənclərin sosial reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına xüsusi qayğısının daha bir göstəricisidir. Burada sağlamlıq imkanları məhdud gənclər müxtəlif peşələrə yiyələnirlər. Onların mərkəzdə əldə etdikləri peşə bacarıqları müqabilində əmək bazarına çıxış imkanlarına yiyələnmələrinə, məşğulluğunun təminatına da diqqət artırılacaq. Eyni zamanda, həmin gənclərin müxtəlif iqtisadi fəaliyyət növləri üzrə özünüməşğulluğunun təminatı üçün müvafiq işlər aparılacaq.

“Sağlamlıq imkanları məhdud insanların öz üzərində çalışmaqla fiziki məhdudiyyətlərinə qalib gələrək böyük uğurlara nail ola bilməsinə dair həyatda kifayət qədər nümunələr var. Siz də daim öz bacarıq və qabiliyyətinizi təkmilləşdirməklə həyatda özünüzü təsdiq etməyə, uğur qazanmağa doğru irəliləməlisiz. Biz bu yolda daim sizə yaxından dəstək olacağıq”, - S.Babayev bildirib.

S.Babayev mərkəzdə peşə hazırlığının təşkili üçün yaradılmış şəraitlə, sinif və emalatxanalarla, gənclərin xalçaçılıq, toxuma, rəssamlıq, ağac üzərində oyma və s. növlərdə hazırladıqları əl işləri ilə tanış olub. Nazir bildirib ki, gənclərin əl işlərinin müxtəlif sərgilərdə nümayişi təmin olunmaqla, onların satışının təşkili imkanları da araşdırılacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 08:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com