Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 İyun

2018
11:28
Fransız dilinin Avropada dominant olması mümkündürmü? - Ekspert cavablandırıb

Böyük Britaniya Avropa Birliyini tərk edəndən sonra, fransız dilinin  bu təşkilatda aparıcı dil olacağı haqda məlumatlar gəzir. Ötən gün Fransa Prezidenti Emmanuel Makron fransız dilinə Avropa ictimai və siyasi institutları üçün rəsmi dil statusunu qaytarmaq niyyətində olduqlarını bildirib. 

Faktxeber.com məlumat verir ki, Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr inistitutunun sektor müavini Konstantin Voronov Fransa prezidentinin açıqlamasına münasibət bildirərkən qeyd edib ki, Avropa Birliyinin gələcək görünüşü uğrunda mübarizə gedir və irəli sürülən bu təklif Fransanın birlikdə tutacağı mövqedən asılı olaraq dəyişə bilər. 

Ekspert gələcəkdə bu istiqamətdə yeni təkliflərin olacağını da istisna etməyib, belə ki, Fransa prezidenti Emmanuel Makron Fransanın Avropa Birliyində mövqelərinin möhkəmlənməsi xəttinə üstünlük verir. 

Ekspert əlavə edib ki, Fransız dili BMT-də 5 əsas dildən biri hesab edilir və Böyük Britaniyanın Avropa Birliyini tərk etməsindən sonra Fransız dilinin seqmenti bu qurumda yüksələcək. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Fransız dili 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2018 23:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com