Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 İyun

2018
09:32
AİP lideri Mövsüm Səmədov Ramazan bayramı münasibətilə xalqımızı təbrik edib

Vəkil Bəhruz Bayramov Qobustan Qapalı Tipli həbsxanada məhbus həyatı yaşayan AİP lideri Mövsüm Səmədovla görüşüb. Vəkil bildirib ki, Mövsüm Səmədovun səhhəti normal, ruhiyyəsi həmişə olduğu kimi yerindədir. Vəkil Hacı Mövsüm Səmədovun Ramazan Bayramı münasibətilə xalqımıza təbrikini çatdırıb. Təbrikdə deyilir:

“Allahın rəhmət və məğfirət ayı Ramazan başa çatdı. Mübarək ayın başa çatması, müqəddəs bayram münasibətilə ilk növbədə Zamanın İmamını, Azərbaycan xalqını və bütün dünya Əhli-beyt aşiqlərini səmimi qəlbdən təbrik edirəm. Allah tutduğunuz orucu, etdiyiniz duaları, bu ayda ibadət və itaətlərinizi axirətiniz üçün əməl dəftərinizə yazmasını arzulayıram. Azərbaycan xalqı İslama, onun insanlıq üçün gələn bütün dəyərlərinə bağlı bir qövmdür. Məhz buna görə də zəif və kiçik maneələrə baxmayaraq, ölkəmizdə müqəddəs dinimizə sevgi və məhəbbət güclənir, İslamın izzəti günü-gündən artır.

Hər bir ailəyə, hər bir evə bu mübarək bayram xatirinə Uca Yaradandan xeyir və bərəkət, səadət diləyirəm. Arzu edirəm ki, ölkəmizdə insanların, hər bir vətəndaşın haqqına hörmətlə yanaşılsın, haqsız olaraq həbsxanalarda təcrid həyatı yaşayan siyasi, əqidə məhbusları inşaallah azadlığa, ailələrinə qovuşsunlar.

Bir daha xalqımızı əziz bayram münasibətilə təbrik edir, hər kəsə can sağlığı, bərəkətli ömür yolu, xoş axirət diləyirəm.”/İslaminSesi

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2018 19:14



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com