Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 İyun

2018
18:34
Ermənilər Qazaxda Azərbaycan vətəndaşını güllələdi

Qazax rayonunda gənc qadın ermənilərin açdığı atəş nəticəsində yaralanıb.

FaktXəbər-in APA-ya istinadən məlumatına görə, rayonun Aşağı Quşçu kənd sakini, 1990-cı il təvəllüdlü Ağamalıyeva Güləma Aqif qızı ayağının topuq nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya çatdırılıb.

Ailə üzvləri onun erməni silahlılarının açdığı atəş nəticəsində yaralandığını bildiriblər. Onların sözlərinə görə, G.Ağamalıyeva təmas xəttinə yaxın ərazidə quzu otararkən, ermənilər atəş açıb. Nəticədə o, xəsarət alıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : erməni dinc sakin Qazax 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 02:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com