Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 İyun

2018
21:15
Ölkədə doğulan qızların sayı azalsa da, qadınların sayı kişiləri üstələyir

Son illər ərzində Azərbaycanda doğulan qızların sayı oğlan uşaqlarının sayından az olsa da, ümumilikdə ölkə üzrə cins nisbətində qadınların sayı kişiləri üstələyir.

Bioloji normaya əsasən, hər 100 doğulan qıza 105-107 oğlan düşməlidir. Lakin hazırda Azərbaycanda yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,9 faiz təşkil edərək hər 100 doğulan qıza 113 oğlan düşür.

2015-ci ildə Azərbaycanda bu göstərici 117, 2016 və 2017-ci illərdə 114 olub.

Ölkədə hər 1000 nəfər kişiyə 2016-ci ildə 1007, 2017-cı ildə 1006 qadın düşüb. Bu ilin əvvəlinə olan məlumata görə, ölkədə hər 1000 nəfər kişiyə düşən qadınların sayı 1004, bu il iyunun 1-ə olan məlumata görə isə 1005 qadın düşüb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : yeni doğulan körpə 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 19:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com