Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 İyun

2018
15:03
Şinzo Abe Şimali Koreya lideri ilə görüşmək istəyir

Yaponiya baş naziri Şinzo Abe Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inla görüşmək niyyətindədir. FaktXəbər bildirir ki, buna səbəb Şinzo Abenin iki ölkə arasında münasibələti yaxşılaşdırmaq istəyidir.
 
KXDR və Yaponiyanın görüş üçün danışıqlar apardığı deyilir. Rəsmi Tokio Şimali Koreya ilə iqtisadi əlaqələrin bərpası üçün nüvəsizləşdirmə ilə yanaşı, qaçırılan Yaponiya vətəndaşlarının sərbəst buraxılmasını da şərt kimi irəli sürüb.

Şinzo Abenin Pxenyana səfər edə bilməməsi vəziyyətində Kim Çen Inla Rusiyanın Valdivostok şəhərində keçiriləcək Şərq İqtisadi Forumu çərçivəsində görüşməyə hazır olduğu bildirilir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Şimali Koreya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2018 01:51



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com