Ötən gün borclu kimi axtarışda olan 54 nəfər saxlanılıb

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 İyun

2018
10:01
1767
Ötən gün borclu kimi axtarışda olan 54 nəfər saxlanılıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, iyunun 13-də ölkədə 124 cinayət faktı qeydə alınıb, onların da 26-sı “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 84 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 9 nəfər, borclu şəxs qismində axtarışda olan 54 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 9 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

Məqalədə : həbs 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-08-2018 02:07



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com