Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyun

2018
17:17
Bakıda qəzada yanan `Range Rover`dən sağ çıxan məmur kimdir?

Bakıda iki nəfərin ölümü ilə nəticələnən ağır qəzanın təfərrüatları məlum olub. Dəhşətli qəzaya səbəb olduğu iddia olunan ”Range Rover” markalı avtomobilin sürücüsü hüquq-mühafizə orqanı əməkdaşıdır.

Yada salaq ki, qəza bu gecə Bakının Balaxanı-Mehdiabad yolunun Binəqədi rayonu ərazisinə düşən hissəsində baş verib. 37 yaşlı Rahid Məmmədov idarə etdiyi “10-HF-590” dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobillə üzü Mehdiabad qəsəbəsi istiqamətində hərəkətdə ikən, yüksək sürətlə qəfil qarşısına çıxan “Range Rover”lə toqquşub.

Şahidlərin sözlərinə görə, qəza nəticəsində “Range Rover”in sürücüsü yüngül bədən xəsarətləri alıb. Zərbənin gücündən “Range Rover” yanmağa başlayıb. “Ford” markalı avtomobildə sıxılıb qalmış 25 yaşlı Orucov Orxan və sürüvü R.Məmədov dünyasını dəyişib. (Report)

Criminal.az-a verilən məlumata görə, qəzada yanan 10 XR 009 dövlət qeydiyyat nişanlı “Range Rover” markalı avtomobil polis əməkdaşına məxsusdur. İddia olunur ki, avtomobilin sahibi Abşeron rayon Polis Şöbəsinin əməkdaşıdır.

Abşeron rayon Polis Şöbəsindən bildirilib ki, həmin avtomobilin sürücüsü Abşeron rayon Yol Polis bölməsinin əməkdaşıdır. Lakin qəza zamanı sükan arxasında özü olmayıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidovla əlaqə saxladıq. Qurum rəsmisi bildirdi ki, hadisə ilə bağlı nazirliyin saytında məlumat yerləşdirilib. Buna görə məlumat almaq üçün zəng etməyə ehtiyac yoxdur. Nazirliyin saytına nəzər salsaq da, həmin qəza ilə bağlı heç bir məlumata rast gəlmədik.

Məlumat üçün bildirək ki, ”009” nömrə nişanları sabiq nazir Eldar Mahmudovun yaxın ətrafının nəqliyyat vasitələrində olub. Nazirin özünün də istifadəsində olan bütün nəqliyyat vasitələrinin nömrə nişanlaı 009-la bitir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Range Rover qəza 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2018 11:14



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com