Avropa Parlamenti Ukraynaya 1 milyard avro ayrılmasını təsdiqlədi

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyun

2018
16:10
1836
Avropa Parlamenti Ukraynaya 1 milyard avro ayrılmasını təsdiqlədi

Avropa Parlamenti Ukraynaya 1 milyard avro həcmində maliyyə yardımı paketinin ayrılmasını təsdiqləyib. FaktXəbər bildirir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
 
Məlumata görə, Avropa Birliyinin Kiyevə maliyyə yarıdmını nəzərdə tutan yekun paketin imzalanması iyul ayında gözlənilir. Bundan sonra tərəflər qarşılıqlı anlaşma haqqında memorandum hazırlayacaqlar. Sənəddə Ukrayna hökumətinin kredit almaq üçün atacağı addımlar və keçirəcəyi islahatlar öz əksini tapacaq.

Dünən Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis Avropa Parlamentindəki dinləmələrdə Ukraynaya yeni maliyyə yardımının ayrılması üçün şərtini açıqlayıb. Onun sözlərinə görə, maliyyə dəstəyi ölkədə korrupsiyaya qarşı ciddi islahatların aparılması ilə bağlı olacaq.

Məqalədə : Ukrayna 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2018 09:21



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com