- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Vaxt itkisi və viza stresi olmadan xaricə səyahət etmək hər kəsin arzusudur. Tez-tez xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşları isə ölkədə tətbiq olunan tək pasportlu sistemə görə bəzi problemlərlə üzləşirlər. Məsələn, viza almaq üçün hər hansı dövlətin səfirliyinə xarici pasportunu verən şəxs viza alma proseduru gedən müddətdə təcili də olsa başqa bir ölkəyə səfər etməsi mümkün olmur. Digər problem möhür vurulan səhifələrinin dolduğu səbəbi ilə xarici pasportu dəyişən zaman aktiv olan vizaların itmə ehtimalı ilə bağlıdır.
FaktXəbər-in məlumatına görə, “Report” qeyd edilən problemlə bağlı vəziyyəti araşdırıb.
Bəzi xarici dövlətlərdə vətəndaşların rahatlığı üçün onlara iki pasport verilir. Bir neçə pasportlu sistemin tətbiq edilməsində məqsəd isə təbii ki, müasir dövrdə insanların işlərini asanlaşdırmaqdır. Pasportunu hansısa prosedur üçün müvafiq dövlət orqanına və ya viza almaq üçün hansısa ölkənin səfirliyinə təqdim edən şəxs bu müddət ərzində digər pasportu ilə işlərini davam etdirir, səyahətinə gedə bilir.
Azərbaycanla həmsərhəd olan Rusiya və Türkiyə ikipasportlu rejimi artıq tətbiq edir. Rusiyada əmək fəaliyyəti ilə əlaqədar xarici ölkələrə tez-tez gedib-gələn Rusiya vətəndaşları eyni müddətə iki xarici pasport ala bilirlər. Qanun layihəsinin müəlliflərinin fikrincə, ikinci xarici pasport bir səfərə çıxan zaman digər ölkəyə səfər məqsədilə viza almaq üçün sənədləri konsulluğa təhvil verərkən, eləcə də aralarında münaqişə olan ölkələrə səfər edərkən lazım olur. Bundan əlavə, ikinci pasportun verilməsi Rusiya federal büdcəsinin gəlir hissəsinin artmasına səbəb olur.
Azərbaycanda isə vəziyyət fərqlidir, ölkədə hələ də birpasportlu sistem tətbiq olunur.
Xarici pasportla bağlı yaranan bir problem də möhürlə dolan pasportun dəyişilməsi məsələsidir ki, bu zaman köhnə pasportda olan etibarlılıq müddəti bitməyən vizaların taleyi qeyri-müəyyən qalır.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən verilən məlumata görə, ümümvətəndaş pasportu verilən zaman köhnə vəsiqədə etibarlılıq müddəti bitməyən viza olduqda pasportun ilk səhifəsi yararsız hala salınıb vətəndaşa geri verilir: "Ümümvətəndaş pasportunun verilməsi və ya dəyişdirilməsi üçün qeydiyyat ünvanından asılı olmayaraq vətəndaşlar istənilən ASAN xidmət mərkəzlərindən birinə müraciət edə bilərlər".
Hüquqşünas Ələsgər Məmmədli
Hüquqşünas Ələsgər Məmmədli bildirib ki, şəxsiyyəti təsdiq edən sənəd, pasport daim məxsus olduğu şəxsin üzərində olmalıdır: "Şəxsin birdən çox pasportunun olması onun fərqli yerlərdə istifadə olunma ehtimalı yarada bilər. Hökumət bu səbəbdən ikipasportlu sistemin tətbiq olunmasına icazə vermir. Təbii ki, alternativlər həmişə var. Viza üçün müraciət edərkən təcili lazım olması ilə bağlı əsaslı məlumat verdikdə, onun tez zamanda hazır olması mümkün olur, yəni viza daha sürətli verilir. Azərbaycanda viza üçün maksimum müddət iki həftədir, amma təcili lazım olduqda iki gün içində də almaq olur. Viza proseduru səbəbindən yaranan problemlər düzgün planlaşdırılma olmadıqda baş verir".
Ə.Məmmədlinin sözlərinə görə, ikipasportlu sistem tətbiq edilmək əvəzinə ölkənin elektron sistemində şəxsiyyət vəsiqəsi ilə səyahət etmək mümkün olsa, o zaman bu problem daha tez həll olunar: "Yəni, şəxsiyyət vəsiqələri beynəlxalq sistemə inteqrasiya olunsa səyahət etmək daha rahat olar".
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli bildirib ki, pasport və şəxsiyyət vəsiqəsi şəxsiyyəti müəyyən etdiyi üçün mütləq şəxsin üzərində olmalıdır: "Bəzən müəyyən zəruri məsələlər, xüsusən xarici səfərlərlə bağlı pasportlar dövlətlərin aidiyyəti qurumlarında, təşkilatlarda və s.-də saxlanılır. Əlbəttə ki, bu zaman şəxsin hüququ pozulur. Vətəndaşın pasportu üzərində olmur, lazımi tədbirləri həyata keçirə bilmir".
Onun sözlərinə görə, bir sıra dövlətlərdə belə qadağalar yoxdur: "Bəzi dövlətlərin qanunvericiliyində müəyyən edilib ki, insanlara bir neçə sənəd vermək olar. Hətta bəzən görmək olar ki, şəxsin üzərində 4-5 ədəd pasportu olsun. Digər ölkələrdə insanların üzərində ən azı iki xarici pasport olur. Vəsiqələrə elektron nəzarət qoyulduğu üçün, bir neçə sənədin olmağı heç bir problem yaratmır. Pasportlar bir-birinin sürəti kimi, yəni eyni olduğuna görə, cinayətkarlıq və axtarışla bağlı qorxu törətmir. Azərbaycanda hələlik bu sistem yoxdur. Təbii ki, bu sistemin Azərbaycanda tətbiqi çox yaxşı olardı, heç bir təhlükəsi də yoxdur. Çünki Azərbaycanda şəxsiyyətin müəyyən edilməsi ilə bağlı vahid elektron sistem var".
- 06-02-2019 16:11 Hitlerin yəhudi əsgərləri
- 05-02-2019 11:07 Sənədi itmiş adam nə edə bilər?
- 30-01-2019 16:50 43 milyon müsəlmana 300 məscid… ARAŞDIRMA
- 16-01-2019 16:06 Sovet kosmonavtları Brejnevə qarşı 50 il əvvəl olan sui-qəsddən danışdılar
- 07-01-2019 12:10 Masonlar barədə həqiqətlər və miflər - ARAŞDIRMA
- 27-12-2018 14:43 Ürək ağrısı ilə oxuyacağınız bir yazı və dəhşətə düşəcəyiniz FOTOLAR
- 06-12-2018 16:22 Bir dövr prezident oldu, qanlı müharibə ilə yadda qaldı
- 29-11-2018 15:54 ABŞ-ın "Böyük Gerb"inin sirri və ya Troya atı - ARAŞDIRMA
- 19-11-2018 17:56 Parkinson xəstəliyindən əziyyət çəkən Razi tələbələrinə nə dedi? - ARAŞDIRMA
- 13-11-2018 12:03 Bakının ən qədim bazarı sökülür: yerində... - FOTO
- 12-11-2018 11:34 Müşfiqin məzarı ilə bağlı yeni versiya - "Onu mən dəfn etdim"
- 02-11-2018 15:33 Fələstinin taleyini dəyişdirən məktub: Balfur Bəyannaməsi
- 25-10-2018 14:24 Hüseyn Cavidin həbs olunduğu gecə: üzünə duran NASİR və ələ salan TƏLƏBƏSİ
- 21-10-2018 15:11 Dünya tibb elmində inqilabi nəzəriyyənin banisi olan azərbaycanlı
- 19-10-2018 15:11 Nazirlərin məşhur ataları - Akademik, deputat, polis polkovniki
- 11-10-2018 10:20 55 milyon dollara təyyarə alan Zamirə Hacıyeva kimdir? - VİDEO
- 29-09-2018 14:33 Azərbaycanda yüksək ranqlı məmurların, nazirlərin övladları harada çalışır? - SİYAHI
- 21-09-2018 14:32 "Oğlunun başını kəsən ata" saxta videosunun əsl görüntüləri – VİDEO
- 17-09-2018 13:27 Kemp Devid müqaviləsindən 40 il ötür - FOTO
- 14-09-2018 09:55 Sabiq nazirlər nə işlə məşğuldurlar?
- 31-08-2018 22:35 MUSA SƏDR - Qəddafi çağırmışdı, indi bütün dünya onu axtarır
- 06-08-2018 15:20 Qarabağa olan 900 metrlik sevgimizin görüntüləri - FOTO-VİDEO
- 18-07-2018 15:50 II Yelizavetanın Trampla görüşə taxdığı yaxa sancaqlarının sirri - FOTO
- 12-07-2018 12:47 Adnan Oktar tutulmasaydı Azərbaycanda nələr baş verə bilərdi?! - VİDEO-FOTO
- 06-07-2018 11:53 Enerjiyə qənaətin 8 qızıl qaydası