Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyun

2018
15:35
İlham Əliyev Vladimir Putinlə görüşüb

Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə rəsmi görüş keçirib. FaktXəbər "TASS"a istinadən bildirir ki, görüş zamanı Putin qeyd edib ki, Azərbaycan prezidentinin Moskvada futbol üzrə Dünya Çempionatının açılış mərasimində maraqlı və səmərəli vaxt keçirəcəyinə ümid edir.
 
"Ümid edirəm ki, siz Moskvada maraqlı zaman keçirəcəksiniz. Buna görə ki, gözəl oyun keçiriləcək və sizin digər ölkələrdən olan həmkarlarınızla həmsöhbət olmaq və əlaqə qurman imkanınız olacaq",-deyə Putin Əliyevlə görüşdə vurğulayıb.

İlham Əliyev isə Vladimir Putini iyunun 12-nə təsadüf edən Rusiya günü və Dünya Çempionatına hazırlığın uğurla başa çatması ilə əlaqədar təbrik edib: "Bu, dünyanın əsas idman hadisəsidir. Əminəm ki, çempionat uğurlu olacaq və bütün qonaqlar razı qalacaq", -deyə Azərbaycan prezidenti əlavə edib.
 
Rusiya prezidenti Vladimir Putin həmçinin deyib ki, Azərbaycan prezidenti İlham Əliyev 30 avqust tarixində də Moskvaya səfər edəcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İlham Əliyev 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2018 00:01



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com