Həmid Kərzai: Qərb Əfqanıstandakı məğlubiyyətini etiraf etməlidir

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyun

2018
12:55
1630
Həmid Kərzai: Qərb Əfqanıstandakı məğlubiyyətini etiraf etməlidir

Əfqanıstanın sabiq prezidenti Həmid Kərzai Almaniyanın tanınmış media orqanı sayılan Deutsche Welle-nin keçirdiyi mətbuat konfransında çıxış edib. 

FaktXeber.com-un verdiyi məlumata görə, sabiq prezident xarici qüvvələrin Əfqanıstanda sülhün və sabitliyin qorunmasında mənfi roluna işarə edərək, bildirib ki, Qərb ölkələri terrorla mübarizədə məğlubiyyətlərini etiraf etməlidirlər. 

"2001-ci ildə Almaniyanın Bonn şəhərində keçirilən konfransda Talibanın iştirak etməməsi səhv addım idi. Qərbin bu addımı Əfqanıstanda daha 17 il müharibənin davamına səbəb oldu", - deyə sabiq prezident əlavə edib. 

O, vurğulayıb ki, ABŞ-ın Talibana qarşı hücumları onların Pakistanın dağlıq ərazilərinə sığınmasına səbəb oldu. Eyni halda Pakistanla bu problemin həlli istiqamətində heç bir addım atılmadı.

Məqalədə : Həmid Kərzai 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-08-2018 22:19



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com