Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyun

2018
12:25
1708
Türkiyənin müdafiə naziri: İrana birlikdə əməliyyat keçirməyi təklif etdik

Türkiyə Silahlı Qüvvələri region terrorçulardan təmizlənənədək İraqın şimalında öz mövcudiyyətlərini saxlayacaqlar. FaktXeber.com-un HaberTürk-ə istinadla məlumatına görə, bu barədə  Türkiyənin müdafiə naziri Nurəddin Canikli bəyan edib.

Onun sözlərinə görə, hədəfə çatmadan TSQ oradan geri dönməyəcək.

Müdafiə naziri həmçinin bildirib ki, bu barədə İranla danışıblar və onların bu mövzuda  güclü diskursu var: «Bir ara birlikdə hərəkət edək dedik, amma hələ ki, bir irəliləyiş yoxdur. İranla görüşlər davam edir. Ətrafımızdakı qonşu ölkələrin – İraq da daxil olmaqla etirazları yoxdur».

Canikli ilin əvvəlindən İraqda 500 terrorçunun məhv edildiyini vurğulayıb.

Məqalədə : Türkiyə İran İraq 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2018 21:46



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com