Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyun

2018
11:57
2724
“BakuBus” avtobuslarının yoluna çıxdılar, qəza şəraiti yaratdılar - VİDEO

Bəzi sürücülərin idarə etdikləri nəqliyyat vasitələrini “BakuBus” MMC-yə məxsus avtobusların yoluna çıxararaq təhlükəli vəziyyətlər yaratması narahatlıq doğurur.

Belə ki, “BakuBus” MMC-yə məxsus avtobusları idarə edən sürücülər digər nəqliyyat vasitələri sürücülərinin yol-hərəkət qaydalarını pozması nəticəsində yaranan təhlükəli vəziyyətlər zamanı qəzalardan yayınmaq məqsədilə əyləcdən istifadə etmək məcburiyyətində qalır. Bu hal isə sərnişinlərdə narahatlıq yaradır və onlar “BakuBus” MMC-yə müraciət edirlər.

Bu haqda FaktXəbər-ə "Bakubus"dan bildirilib.

“BakuBus” MMC-yə sərnişin tərəfindən edilən müraciətin araşdırılması zamanı məlum olub ki, 24 may 2018-ci il tarixində saat 12:37-də Hüseyn Cavid prospektində 3 nömrəli marşrut xətti üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusun qarşısına qəflətən minik avtomobili çıxıb. Baş verə biləcək qəzadan yayınmaq üçün avtobusun sürücüsü əyləcdən istifadə etmək məcburiyyətində qalıb. Bu zaman avtobusda olan bəzi sərnişinlər yıxılıb. 

Həmçinin, 29 may 2018-ci il tarixində saat 09:37-də 5 nömrəli marşrut xətti üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusla bağlı Rəşid Behbudov küçəsində oxşar hadisə baş verib. 

“BakuBus” MMC bütün sürücüləri yol-hərəkət qaydalarına əməl etməyə, idarə etdikləri nəqliyyat vasitələrini avtobusların hərəkət zolağına çıxarmamağa və təhlükəli vəziyyətlər yaratmamağa çağırır.

24.05.2018 və 29.05.2018-ci il tarixlərində “BakuBus” MMC-yə məxsus avtobusların yolunda yaranan təhlükəli vəziyyətlərə dair görüntüləri təqdim edirik:


Məqalədə : Baku Bus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın havası - İstilər davam edir

25

İyun
13:51
ÖLKƏ
1031

Günün qarşılaşmaları TV AFİŞA

25

İyun
12:50
İDMAN
1488

Dünən Bakıda 16 nəfəri gün vurub

25

İyun
12:18
ÖLKƏ
1047

İsrail Qəzzanı işıqsız qoydu

25

İyun
11:45
DÜNYA
142

Çin Rusiya neftindən imtina edir

25

İyun
11:23
DÜNYA
1533

"Amrah Bank" müflis olub

25

İyun
11:12
İQTİSADİYYAT
894

Rusiya AŞ PA-ya qayıdır

25

İyun
11:05
DÜNYA
932

"Bavariya" Saneni razı sala bilməyib

25

İyun
10:23
DÜNYA
903
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2019 14:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru