Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyun

2018
11:38
Yenə buğdanı xaricdən alırıq: buğda idxalı 56,3 faiz artıb

2018-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 153 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 94 ölkəyə məhsul ixrac olunmuş, 144 ölkədən idxal olunub.

Dövlət Statistik Komitəsindən FaktXəbər-ə verilən xəbərə görə, gömrük orqanlarında qeydiyyatı aparılan, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmayan ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilən dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-aprel aylarında xarici ticarət dövriyyəsi 9318,8 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 6292,7 milyon dollar, idxalın dəyəri 3026,1 milyon dollar təşkil edib, nəticədə 3266,6 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2017-ci ilin yanvar-aprel  ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 32,8 faiz, real ifadədə isə 3,3 faiz, o cümlədən ixrac 2,2 faiz, idxal 5,7 faiz artıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 24,7 faizini İtaliyaya, 9,2 faizini İsrailə, 7,4 faizini Türkiyəyə, 5,5 faizini İndoneziyaya, hər biri 4,9 faiz olmaqla  Tayvan (Çinin əyaləti) və Almaniyaya, 4,4 faizini Çexiyaya, 3,7 faizini Kanadaya, hər biri 3,2 faiz olmaqla Gürcüstan və İspaniyaya, 3,0 faizini Avstriyaya, 2,9 faizini Portuqaliyaya, 2,8 faizini Rusiyaya, hər biri 2,5 faiz olmaqla Ukrayna və Hindistana, qalan 15,2  faizini  isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunan məhsulların ümumi dəyərinin 17,4 faizi Rusiya, 15,5 faizi Türkiyə, 10,1 faizi Çin, 7,8 faizi Almaniya, 4,7 faizi ABŞ, 4,0 faizi Ukrayna, 3,4 faizi İtaliya, 3,1 faizi Belarus, 2,9 faizi İran, 2,3 faizi Birləşmiş Krallıq, 28,8 faizi isə digər ölkələr ilə aparılan idxal əməliyyatlarının payına düşüb.

2018-ci ilin yanvar-aprel aylarında 485,3 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2017-ci ilin yanvar-aprel aylarına nisbətən faktiki qiymətlərlə 19,3 faiz, real ifadədə isə 11,4 faiz çoxdur.

2018-ci ilin yanvar-aprel aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 60,7 faiz, meyvə və tərəvəz şirələri – 16,2 faiz,  kartof – 2,5 dəfə, meyvə və tərəvəz konservləri – 24,3 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 2,4 dəfə, marqarin, qida üçün yararlı digər qarışıqlar – 6,0 faiz, polietilen – 9,6 faiz, emal olunmamış alüminium – 9,1 faiz, qara metallardan borular – 19,0 faiz,  pambıq ipliyi – 32,2 faiz, bentonit gili –19,8 faiz  artıb, təzə tərəvəz ixracı 12,8 faiz, şəkər – 42,2 faiz, tütün – 17,9 faiz, çay – 6,8 faiz, bitki yağları – 18,3 faiz, pambıq lifi – 9,6 faiz, qara metallardan yarımfabrikatlar – 88,5 faiz azalıb.

2017-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 2018-ci ilin yanvar-aprel aylarında buğda idxalı 56,3 faiz, bitki yağları – 60,1 faiz, təzə meyvə – 48,9 faiz, çay – 16,6 faiz, qara metallardan borular – 2,2 dəfə,  minik avtomobilləri – 3,0 dəfə, polad prokatı – 8,4 faiz, mineral gübrələr – 3,4 dəfə, mebel – 2,3 dəfə, qara metallardan çubuqlar – 21,3 faiz, hesablama maşınları, blok və qurğuları – 6,3 faiz, rezin şinlər – 7,3 faiz, polietilen – 63,8 faiz, paltaryuyan maşınlar – 62,5 faiz, yük avtomobilləri – 78,0 faiz, sement və sement klinkerləri – 2,2 dəfə, məişət soyuducuları – 2,4 dəfə  artıb, siqaret idxalı isə 10,5 faiz,  kərə yağı, digər süd yağları və pastaları – 18,1 faiz, kartof – 11,6 faiz, quş əti və onun əlavə məhsulları – 13,3 faiz, xam şəkər və şəkər – 81,3 faiz, mal əti – 17,3 faiz, təzə tərəvəz – 51,9 faiz, qara metallardan künclüklər ­– 16,7 faiz, məişət kondisionerləri – 9,0 faiz, avtobuslar – 11,5 faiz azalıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : buğda 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 18:06



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com