Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyun

2018
12:47
9018
Azərbaycanlı icra başçısını bu videoya görə saxlayıblar - VİDEO

Gürcüstan mediası Marneuli rayonunun İcra Hakimiyyəti başçısı Temur Abazovun  saxlanıldığı barədə xəbər yayıb. Ölkənin Baş Prokurorluğu da xəbəri təsdiqləyib.

Prokurorluqda T. Abazovun yer aldığı iddia olunan və "Facebook" sosial şəbəkəsində yayılmış video-görüntü ilə bağlı araşdırmaya başlanıb. Araşdırma qeyri-insani və ləyaqəti alçaldan rəftar faktı üzrə aparılır.

İyunun 11-də Tbilisidə etiraz aksiyasında Marneuli sakini, müxalif Vahid Milli Hərəkat partiyasının üzvü Elçin Allahverdiyev adlı şəxs "Facebook" üzərindən canlı yayım edərək T. Abazov və "Gürcü Arzusu" partiyasının sədri Bidzina İvanişviliyə qarşı təhqiramiz ifadələr işlədib. Daha sonra E. Allahverdiyevin alçaldılaraq, üzr istədiyi video-görüntü sosial şəbəkədə yayılıb. Video-görüntüdə T. Abazovun da olduğu iddia olunur.

Qeyd edək ki, bundan əvvəl icra başçısının cücələrə görə saxlanıldığı bildirilirdi.

***

Gürcüstanın Birinci kanalı Marneuli rayonunun İcra Hakimiyyəti başçısı Timur Abazovun  saxlanıldığı barədə xəbər yayıb.

Ölkənin Baş Prokurorluğu xəbəri təsdiqləyib. 

Abbasov  bir neçə gün öncə cücələrlə bağlı baş verən hadisələrə görə prokurorluğa çağrılıb.

Xatırladaq ki, Gürcüstanın Marneuli şəhərində quş fabrikinin  zibilxanaya atdığı yüzlərlə yumurtadan cücələr çıxmışdı. Şəhər meri  Timur Abazov hadisənin qeyri-adi olduğunu bildirib və əlavə edib ki, cücələr zibilxanadan şəhərin mərkəzinə qədər gəldiyini demişdi.

Mer quş fabrikinin işçilərinin yumurtaların xarab olduğunu düşündükləri üçün zibilxanaya atdıqlarını ehtimal edib.

Məqalədə : Gürcüstan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2018 21:41



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com