Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyun

2018
10:20
1441
ABŞ əks-kəşfiyyatı xəbərdarlıq etdi: DÇ-2018-ə mobil telefon aparmayın

ABŞ-ın Milli Əks-Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Evanina Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatına baxmaq üçün bu ölkəyə yollanacaq amerikalılara müraciət edib. FaktXəbər "Reuters"ə istinadən bildirir ki, müraciətdə Amerika vətəndaşlarından özləri ilə Rusiyaya mobil telefon və planşetlər aparmamaq tövsiyə olunub.

Uilyam Evanina qeyd edib ki, Rusiyaya aparılacaq mobil telefonlara yerli hakerlər tərəfindən müdaxilə ediləcəyinə ehtimal böyük olduğu üçün bundan çəkinmək lazımdır. Əks halda amerikalıların şəxsi məlumatları hakerlər tərəfindən ələ keçiriləcək.

Qeyd edək ki, eyni müraciəti Böyük Britaniyanın xüsusi xidmət orqanları da edib və futbolçularla fanatlara mobil telefonları Rusiyaya aparmamaq xəbərdarlığı olunub.

Məqalədə : ABŞ əks-kəşfiyyat 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2018 21:46



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com