Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyun

2018
09:31
Mahmud Abbas nümayişləri qadağan etdi

Fələstin rəsmi xəbər agentliyi WAFA-nın xəbərinə görə, Fələstin prezidenti Mahmud Abbasın vilayətlərdən üzrə müavini İsmayıl Cibr yayımladığı sərəncamda, "Vətəndaşların özlərini ifadə etmək haqlarına və qanunların işinə hörmət edilərək, mövcud şərtlər görə vətəndaşların gündəlik işlərinin asanlaşdırılması və bayram dövründə həyatın normal axarının pozulmaması üçün yürüş və nümayişlərə icazə verilməyəcək", - deyə bildirilir.

FaktXəbər-in məlumatına görə, Cibr həmin dövr başa çatdıqda qanun və əsasnamələrə uyğun olaraq işlərin davam edəcəyini söyləyib.

Fələstin prezidenti Mahmud Abbas 19 martda verdiyi bəyanatda Qəzza haqqında hüquqi, qanuni və maliyyə qərarları verəcəyini vurğulamışdı.

Fələstin hökuməti Qəzzadakı məmurların maaşlarını təxminən 1 ildir 30-50 faiz kəsirlə ödəyir. Məmurlar ötən aydan bu yana isə maaş almır.

Fələstin hökumətinin Qəzzaya qarşı sanksiyalarına etiraz məqsədilə Qəzzada və İordan çayının qərb sahilində mitinqlər keçirilir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Fələstin Qəzza Qüds 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2018 01:12



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com