Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyun

2018
09:07
Bu ölkə adını dəyişdirmək qərarına gəldi

İllərdir Makedoniya kimi tanıdığımız ölkə adının dəyişdirmək qərarına gəlib.

FaktXəbər-in RT-yə istinadən məlumatına görə, mətbuat konfransında ölkənin baş naziri Zoran Zayev bildirib. Onun sözlərinə görə, bundan sonra Şimali Makedoniya Respublikası adlandırılacaqlar.

Qeyd edək ki, ötən gün Zoran Zayev və onun yunanıstanlı həmkarı Aleksis Tsipras arasında telefon danışığı olub. Tərəflər Skopyenin Aİ və NATO üzvlüyünə yol açacaq Makedoniyanın konstitusion adına dair razılığa nail olublar.   

Zoran Zayev həmçinin əlavə edib ki, saziş Yunanıstan və Makedoniya hökumətləri tərəfindən imzalanmalı, daha sonra isə parlamentdə ratifikasiya edilməlidir. Z.Zayev ölkə konstitusiyasında düzəliş edilməsinin və payızda referendum keçirilməsinin lazım gələcəyini bildirib.

Tərəflər arasında adla bağlı iki 25 ildir davam edən mübahisə gedirdir və bu, Makedoniyanın NATO və Aİ-yə üzv qəbul edilməsinə mane olurdu. Afina qonşu ölkənin adının Yunanıstanın Makedoniya vilayəti ilə dəyişik salınmaması üçün ölkənin adının dəyişdirilməsini tələb edirdi.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Makedoniya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 18:26



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com