Tramp və Kim Çen Inın yekun sənədlərinin mətni bəlli oldu- FOTO

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2018
15:40
1837
Tramp və Kim Çen Inın yekun sənədlərinin mətni bəlli oldu- FOTO

Sinqapurda  ABŞ lideri Donald Trampla KXDR rəhbəri  Kim Çen In arasında tarixi görüş baş tutub. Müzakirələrdən sonra  hər iki siyasətçi 4 maddəlik sənəd imzalayıblar. FaktXeber.com-un verdiyi məlumata görə, BBS həmin  razılığın mətnini açıqlayıb.

Ümumilikdə ABŞ prezidenti tərəfindən Şimali Koreyaya, onun ərazi bütövlüyünə təhlükəsizlik zəmanəti verilib. KXDR lideri öz növbəsində Koreya yarımadasının nüvəsizləşdirilməsi kursunu dəstəkləyəcəyini təmin edib.

Birinci maddədə iki ölkə arasında  yeni münasibətlərə təşəbbüs və hazırlıq cəhdləri qeyd olunub.

İkinci maddədə Vaşinqton və Pxenyan yarımadada sülh şəraitinin qorunması üçün birgə səy göstərəcəklərini vurğulayıb.

Üçüncü maddədə  Kim Çen Inın simasında Şimali Koreya tərəfi  bütün Koreyada tam nüvəsizləşdirmə məsuliyyətini öz üzərinə götürür.

Dördüncü maddədə isə KXDR və Birləşmiş Ştatlar hərbi  əsirlərin qalıqlarının axtarılması üzrə hərbi könüllülərin işi ilə bağlı vəzifələrdə məsuliyyəti üzərlərinə götürürlər. İdenfikasiyadan sonra qalıqlar dərhal vətənlərinə qaytarılacaq.

Məqalədə : Tramp Kim Çen In 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-08-2018 22:17



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com