Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2018
15:21
Bakıda avtoxuliqanlıq edən üç sürücü həbs edilib

Bakı şəhərində avtoxuliqanlıq edərək digər yol hərəkəti iştirakçılarının həyatına və mülkiyyətinə real təhlükə yaratdığına, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirən, polisin qanuni tələbini yerinə yetirmədiyinə sürücülər inzibati məsuliyyətə cəlb olunub. 

Bu barədə FaktXəbər-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov məlumat verib. 

Onun sözlərinə görə, müəyyən olunan sürücülər paytaxtın müvafiq rayon məhkəmələri tərəfindən çıxarılan qərarlar əsasında həbs olunmaqla inzibati məsuliyyətə cəlb olunub: "Onlardan Salmanov Xəyal İntiqam oğlu iyunun 10-da 12:30 radələrində “BMW- 528” markalı 90-ON-083 dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu Kənar Dairəvi yolda özündən öndə hərkətdə olan digər nəqliyyat vasitəsi ilə düzgün ara məsafəsi saxlamayıb. Öndəki avtomobilin yolda keçid hüququna malik olduğu halda yol verməyib, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranəcasına pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozması ilə nəticələnən inzibati xəta tərkibi yaradan hallar törədib. Göstərilən əməllərin xüsusatlarına müvafiq olaraq X.Salmanov Yasamal Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 327.1, 331 və 511.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətməkdə təqsirli bilinib. Və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququ 1 müddətə məhdudlaşdırılmaqla, onun barəsində 15 gün müddətinə həbs tətbiq edilib".

V.Əsədov qeyd edib ki, digər təqsirli Hümbətov Elçin Məcnun oğlu iyunun iyunun 9-da 00:05 radələrində “Chevrolet” markalı, 10-OZ-919 dövlət qeydiyyat nişanlı avtomobillə payatxtın Tbilisi prospekitndə avtomobili idarə edərkən ictimai qaydanı və ictimai təhlükəsiziliyi nümayişkaranə şəkildə davamlı olaraq pozamaqla inzibati xəta törədib. Göstərilən əməllərin xüsusatlarına müvafiq olaraq, E.Hümbətov Yasamal Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 511.1 maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitəsinin idarə etmək hüququ 1 il müddətə məhdudlaşdırılmaqla, onun barəsində 30 gün müddətinə həbs tətbiq edilib.

Eləcə də təqsirli olaraq həbs edilən Hüseynov Kamal Vahid oğlu iyunun 11-də səhər saatlarında polisin qanunu tələblərinə tabe olmayıb. Polis əməkdaşları onu sakitliyə nizam-intizama dəvət etsələr də o buna məhəl qoymayıb, qəsdən tabesizlik nümayiş etdirib. Toplanan matreallar əsasında vətəndaşın əməlinə hüququ qiymət verilməsi üçün 17-ci Polis Bölməsində baxılmaqla müvafiq rayon məhkəməsinə göndərilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməklə K.Hüseynov barəsində 10 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib.

Həbs edilən hər üç şəxslə Daxili İşlər Nazirliyinin İnzibati qaydada Həbs Olunanların Saxlanılma Məntəqəsində keçirilən görüşdə həbs olunanlarla profilaktik söhbətlər aparıb. Yol polisinin fəaliyyətinin birbaşa olaraq, yollarda hərəkət iştirakçılarının təhlükəsizliyinə yönəlidiyini onların diqqətinə çatdırılmaqla bildirilib ki, bu fəaliyyətin əsasını təşkil edən məsuliyyət hissi təkcə bir insanın yox, bütün cəmiyyəti qayğılandırır. Ona görə də yollarda hərəkət iştirakçılarının intizam və məsuliyyəti diqqət mərkəzində saxlanılır.

Avtomobillə cəmiyyətə açıq hörmətsizlik ifadə edən şəxslərin hər biri ilə fərdi – profilaktik söhətlər aparılıb. Görüşdə törədilən hər bir əmələ görə cəzalan şəxslər bu əməllərindən peşimançılıq duyduqlarını bildirib, törətdikləri əməlin nə qədər təhlükəli olduğunu acıq etiraf etməklə sürücüləri yollarda daha həsas və diqqətli olmalarını tövsiyyə ediblər. Onlar sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə və sükan arxasında olan zaman digər hərəkət iştirakçılarına hörmətlə yanaşmağa dəvət edib, barələrində verilən qərarın əməllərinə adekvat olduğunu qeyd ediblər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
67459

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
64882

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
66721

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
65980

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
71633

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
65809

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
66162
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-02-2021 13:52





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru