Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2018
12:52
Ruhani Trampla KXDR formatı əsasında görüşməyəcək

İran prezidenti Həsən Ruhani ilə amerikalı həmkarı Donald Тramp arasında KXDR lideri ilə görüş formatında sammitin baş tutması mümkün deyil. FaktXəbər bildirir ki, bu sözləri "RİA Novosti"yə müsahibəsində İran parlamentinin milli təhlükəsizlik komitəsinin sədri Hüseyn Nəqəvi Hüseyni deyib.

"ABŞ özü İranla əlaqələri kəsdi, nüvə sazişindən çıxdı və Tehrana qarşı sanksiyalar tətbiq etdi. Hesab edirəm ki, Ruhani və Tramp arasında ABŞ və KXDR prezidentləri formatında görüşün keçirilməsi mümkün deyil və bu, baş verməyəcək də",-deyə İran parlamentinin komitə sədri əlavə edib.

Hüseyn Nəqəvi Hüseyni həmçinin KXDR rəhbərliyini ABŞ hakimiyyəti ilə danışıqlarda diqqətli olmağa çağırıb: "Şimali Koreya ABŞ-la diqqətli olmalıdır, çünki onlar öz vədlərini tutmurlar, ən böyük sübut onların nüvə sazişindən çıxmaqlarıdır. Vaşinqton beynəlxalq sazişin əldə olunması və uzun sürən danışıqlardan sonra ondan çıxdı".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Ruhani 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 18:09



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com