Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2018
12:21
140 mindən çox müəllim imtahandan keçib

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu və yüksək bal toplayanların müəllim peşəsini seçməsi barədə illik hesabat təqdim edib.

140 000-dən çox müəllim diaqnostik qiymətləndirmədən keçib.

“2014-2018-ci illər ərzində respublika üzrə ümumilikdə 140 000-dən çox pedaqoji işçi diaqnostik qiymətləndirmədən keçib və qiymətləndirməyə cəlb edilmiş müəllimlərin dərs yükü norması 1,5 dəfə yüksəldilməklə əməkhaqları 2 dəfə artırılıb. 2017-ci ildə 49 000-dən, 2018-ci ildə isə 16 000-dən çox müəllim diaqnostik qiymətləndirmədən keçib.

2018-ci ilin aprel ayında müddətli əmək müqaviləsi ilə işləyən 477 nəfər ilə müddətsiz əmək müqaviləsi bağlanılıb.

2016-2017-ci və 2017-2018-ci tədris illəri üzrə müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan və ümumi təhsil müəssisəsinə müddətli əmək müqaviləsi əsasında işə qəbul edilən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması üçün keçirilən müsahibələrin nəticəsinə əsasən, 477 nəfər müəllim ilə müddətsiz əmək müqaviləsi bağlanılıb”.

Müəllimlərin yerdəyişməsində yenilik də tətbiq olunub.

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə dəyişdirilməsi artıq eyni rayon (şəhər) daxilində və ya bir rayondan (şəhərdən) digərinə olmaqla iki mərhələdə yox, bir mərhələdə proqram təminatı tətbiq edilməklə həyata keçirilir. Namizədlər işə qəbul üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə 2 və ya daha çox sayda iştirak edibsə, ona müsabiqəyə qatılmaq istədiyi balı seçmək imkanı verilir. Həmçinin güzəştli kateqoriyalara əvvəlcədən müəyyən edilən bal artımı tətbiq olunub.

Maraqlı tərəflərdən də biri yüksək bal toplayanların müəllimlik ixtisasını seçməsi ilə bağlıdır.

“Yüksək bal toplayanların hədəfi müəllimlikdir. 2014-cü ildə 500 bal və daha artıq toplayan 674 nəfər müəllimlik ixtisasını seçibsə, 2017-ci ildə bu rəqəm 1370 olub”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : müəllim imtahan 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 17:44



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com