`Ərzaq istehlakı bazarı bu marketlər tərəfindən inhisarlaşır` - ADLAR

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2018
12:19
3558
`Ərzaq istehlakı bazarı bu marketlər tərəfindən inhisarlaşır` - ADLAR

Bu ilin il 4 ayında istehlak bazarında satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 5,5 milyard manat olub ki, onun da 80 faizə qədəri bir neçə şirkətin payına düşür. 

FaktXəbər-in məlumatına görə, bu barədə danışan iqtisadçı Qubad İbadoğlu hesablamalara əsasən “Bravo”, “Araz” və “Bazar Store” şirkətlərinin aylıq mənfəətlərinin 100 milyonlarla manata çatdığını bildirib:

“Dövlət Statistika Komitəsinin (DSK) məlumatına istinadən bildirib ki, 2018-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,5 faiz üstələyərək 10,9 milyard manata bərabər olub. Ticarət dövriyyəsinin 5,5 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib.

DSK-nın məlumatından göründüyü kimi, istehlak bazarında ümumi dövriyyənin yarısından çoxu ərzaq məhsulları, içkilər və tütün məmulatlarının payına düşür ki, onların da pərakəndə satışı əsasən bir neçə şirkətin inhisarına keçir”.

İqtisadçının sözlərinə görə, hazırda bazarda hökmran mövqeyini genişləndirən “Bravo”, “Araz” və “Bazar Store” şirkətləridir:

“Onlar arasından oliqopol əməkdaşlıq bazarın bu seqmetində əvvəllər fəaliyyət göstərmiş supermarketlərin bəzilərinin birləşməsinə, digərlərinin də sıradan çıxmasına gətirib çıxarıb. Müşahidələr göstərir ki, ərzaq, içki, tütün və qeyri-ərzaq məhsullarının satışında inhisarlaşma meyli topdansatış şirkətlərinin fəaliyyətinə də təsir göstərməkdədir. Belə ki, hazırda topdansatış şirkətləri yuxarıda adı çəkilən pərakəndə satış şirkətlərindən asılı vəziyyətə düşüb. Pərakəndə satış şirkətləri arasında razılaşma yalnız satış qiymətini deyil, həmçinin alış qiymətini əhatə edir. Odur ki, oliqopol pərakəndə satış şirkətlərindən asılı vəziyyətə düşən topdansatış şirkətləri gətirdikləri ərzaq məhsulları, içkilər və tütün məmulatlarını daha ucuz qiymətə onlara satmaq məcburiyyətində qalırlar. Beləliklə də xərclərini azaldan oliqopol pərakəndə şirkətlər alış və satış qiymətləri arasındakı fərqi böyütməklə daha çox mənfəət qazanırlar. Hesablamar göstərir ki, hətta 10 faizlik marja ilə onların aylıq mənfəəti 100 milyonlarla manatı üstələyir. 

Getdikcə satış dövriyyəsini daha da genişləndirərək ərzaq məhsulları, içkilər və tütün məmulatlarını bazarını ekspansiya edən “Bravo”, “Araz” və “Bazar Store” pərakəndə satış müəssisələrinin bu gedişlə rəqiblərini tez bir zamanda sıradan çıxarıb, satış qiymətlərini istədikləri kimi diqtə edəcəyi şübhə doğurmur”.

Məqalədə : bravo 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2018 14:19



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com