Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2018
12:16
1198
Müqtəda əs-Sədr: İraqda vətəndaş müharibəsi ola bilər

FaktXeber.com-un ərəb mediasına istinadla verdiyi məlumata görə, İraqda Palmanet seçkilərində qalib gələn Sairun koalisiyasının sədri  Müqtəda əs-Sədr seçkilərin yenidən keçirilməsi barədə çağırışlardan imtina edib və iraqlıları vətəndaş müharibəsi ehtimalından qaçmağa çağırıb.

«Yer, vəzifə, gəlir, nüfuz və hakimiyyət üçün mübarizəni dayandırın. Bir və ya iki kürsünün sahibi dəyişmək üçün seçki sandıqlarının yandırılması, yaxud seçkilərin yenidən keçirilməsi əvəzinə bərpa və yenidənqurma üçün birləşmək vaxtı deyil?», deyə Əs-Sədr bəyan edib.

Əs Sədr bu bəyanatı Bağdadda səslərin sayılmasından əvvəl seçki bülletenləri olan anbar yanmasından bir gün sonra verib. Qeyd edək ki, bir neçə saat keçdikdən sonra yanğınsöndürənlər sandıqların saxlandığı yerdə  alovu söndürə biliblər.  

Yanğın xəbərlərindən sonra baş nazir  Heydər əl –İbadi  hadisəni «ölkəyə və demokrtiyaya ziyan vurmaq məqsədiylə həyata keçirilən əlbirlik» adlandırmışdı.

İstefaya yollanan parlamentin spikeri  Səlim əl-Cuburi də seçkilərin yenidən keçirilməsinə çağırmışdı.

Hökumət bəyan edir ki, seçki sandıqları xilas edilib və hazırda istintaqı aparılan yanğın səslərin sayılmasına təsir etməyəcək. Lakin bu hal əs-Sədri ölkəni vətəndaş müharibəsi barədə xəbərdarlıq etməyə vadar edib.

«Mən ölkəni nə vəzifə və nə də hakimiyyət üçün satmaram. İraq – mənim doğma vətənimdir, siyasi mövqelər mənim üçün az əzəmiyyətlidir», - deyə Sədr bəyanatında bildirib.

Məqalədə : Müqtəda əs-Sədr 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2018 01:28



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com