Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2018
12:16
Türkiyə ordusu PKK-nın 12 mövqeyini bombalayıb

Türkiyə Silahlı Qüvvələrinə məxsus döyüş təyyarələri Qəndil və Sincar başda olmaqla, İraqın şimalında yerləşən PKK terrorçularının 12 mövqeyinə zərbə endirib. FaktXəbər "CNNTürk"ə istinadən bildirir ki, bu barədə ictimaiyyətə Baş qərargah rəisi general Hulusi Akar məlumat verib.

"Ölkəmizə qarşı hər cür təhdid və təhlükəyə qarşı fəaliyyətlərimizi davam etdirəcəyik. Bundan geriyə dönüş yoxdur. Bu səfər əzmlə, qətiyyətlə bütün terror təşkilatlarının üzərinə getmək, onların sonuna çıxmaqda qərarlıyıq. Ordu konstitusiya çərçivəsində və qanunlar əsasında millətinin əmrində və daima vəzifəsinin başındadır",-deyə Hulusi Akar əlavə edib.
 
Qeyd edək ki, Türkiyə ordusu Qəndil, Sincar, Hakurk və Avaşin-Basyan regionlarındakı terrorçuların mövqelərini hədəfə götürüb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Türkiyə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-11-2018 07:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com