Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2018
12:56
Balakəndə leysan: körpülər uçdu, Yevlax-Zaqatala-Gürcüstan yolu dağıldı - FOTO

Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.

FaktXəbər-in APA-ya istinadən məlumatına görə, dağlara yağan intensiv və leysan yağışlar nəticəsində Balakənin Katex kəndi ərazisindən keçən, mənbəyini dağlardan götürən Dəliçay məcrasından çıxıb.

Çayın sağ və sol sahilindəki 400-ə yaxın evin həyətyanı sahəsini su basıb, 50-dən çox evə su dolub. Ev quşlarını və xırdabuynuzlu heyvanları sel aparıb, 10-dan çox həyətyanı sahənin hasarını sel dağıdıb.

Sel suları Dəliçayın üzərindəki 8 kiçik körpünü də uçurub, ərazidən keçən içməli su, elektrik və qaz xəttlərinə ziyan dəyib.

Kənd sakinlərinə məxsus ümumilikdə 150 hektar olmaqla, 10 hektarı tütün, 140 hektar buğda, arpa və qarğıdalı sahələri sel suları altında qalıb.

Dəliçayın keçdiyi ərazidəki daxili kənd yolları yararsız hala düşüb. Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Katex kəndi ərazisindən keçən hissəsini sel suları dağıdıb.

Hazırda Balakən rayon fövqəladə hallar komissiyasının üzvləri hadisə yerində iş aparır.

Məqalədə : Zaqatala Şəki sel 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54778

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52859

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
54275

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
54004

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
59429

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53701

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
54065
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-12-2020 20:36





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru