Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2018
11:21
ABŞ-da girov götürülən uşaqlar ölü tapılıb

Amerikanın Florida ştatının Orlando şəhərindəgirov götürülən 4 uşaq ölü tapılıb. Hücumçu əvvəlcə onları qətlə yetirib, sonra isə intihar edib.

FaktXeber.com KP-yə istinadla verdiyi məlumata görə, hadisə bazar günü baş verib. Polis evdə zorakılıq çağırışı ilə ünvana yollanıb, lakin davakar kişini saxlamağa cəhd edərkən  isə ciddi şəkildə yaralanıb. Hücumçu isə 1-12 yaş arası 4 uşaqla mənzildə gizlənib.

Məlum olub ki, hücumçu mütəmadi olaraq həbsdə yatıb-çıxan, hazırda da sınaq müddətində olan evi sahibi 35 yaşlı Qeri Ueyn Lindsi olub.

Polis rəisinin sözlərinə görə, hüquqmühafizəçilər danışıqlar aparmaq üçün hücumçuya telefon vermək istəyiblər, lakin uşaqlardan birinin artıq öldüyünü görüblər. O zaman digərlərini xilas etmək məqsədiylə mənzilə hücum keçirilib.

Əməliyyat zamanı uşaqların hamısının öldüyü aydın olub. Cinayətkarın öz cəsədi isə dolabın içində tapılıb. 

Hazırda kişinin belə bir addım atmasının səbəbləri araşdırılır.

Hüquqmühafizəçilərin məlumatına görə, ölən uşaqlar arasında hücumçunun öz övladları da olub. Digər iki uşaq isə cinayətkarın rəfiqəsinin olub.

http://www.wlky.com/article/4-children-suspect-dead-as-hostage-situation-ends/21267043
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2018 10:50



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com