Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2018
11:14
1186
Daşkəsəndə arvadını və 20 günlük körpəsini öldürən şəxsə 20 il həbs cəzası verilib

Daşkəsən rayonunda beşinci arvadını və 20 günlük körpəsini öldürən şəxsə hökm oxunub.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə baş tutan prosesdə ötən ilin iyun ayında rayonun Şahvələdli kəndində baş həyat yoldaşı və 20 günlük körpəsini öldürən, 1979-cu il təvəllüdlü Rafiq Əliş oğlu Ələkbərovun məhkəməsi keçirilib. 

Prosesdə Cinayət Məcəlləsinin 120.1 və 120.2.7 ci maddələri ilə təqsirli bilinən R.Ələkbərova 20 il həbs cəzası verilib.

Qeyd edək ki, R.Ələkbərov beşinci həyatyoldaşı olan, 1980-ci il təvəllüdlü Kamilə Daşdəmir qızı Məmmədovanı çomaqla döyərək onu qətlə yetirib. Hadisə zamanı qadının qucağında saxladığı 20 günlük körpəsi də çomaq zərbələri alaraq ölüb. Ələkbərov qadının və körpə uşağının öldüyünü bikdikdən sonra hadisə yerindən qaçaraq istintaqdan yayınmağa çalışıb.(Report)

Məqalədə : Daşkəsən 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2018 21:36



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com