Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyun

2018
20:21
Azərbaycan XİN Ermənistan xarici işlər nazirinə cavab verib

Ermənistan xarici işlər naziri Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının iclasındakı çıxışı və Ermənistan XİN-nin cəbhədəki vəziyyət ilə əlaqədar açıqlaması ziddiyyətli xarakter daşıyır və özü-özünü ifşa edir.

FaktXəbər-in məlumatına görə, bunu Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) XİN Şurasının iclasındakı çıxışına və Ermənistan XİN-in cəbhədəki vəziyyəilə əlaqədar şərhinə münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, Ermənistanın xarici işlər naziri KTMT-nin iclasındakı çıxışı və Ermənistan XİN-nin cəbhədəki vəziyyətlə əlaqədar açıqlaması ziddiyyətli xarakter daşıyır və öz-özünü ifşa edir: "Bir tərəfdən münaqişədə tərəfi kimi Ermənistanın məsuliyyətini gizlətməyə çalışan Ermənistan XİN digər tərəfdən bu açıqlamalarla Ermənistanın münaqişə tərəfi olduğunu bir daha təsdiq edir. Məntiqi sual ondan ibarətdir ki, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının Azərbaycanın suveren ərazilərində nə işi vardır? Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq və ərazi ekspansiya siyasətinin nəticəsi olaraq Ermənistan gəncləri həyatlarının ən formativ dövrlərini səngərlərdə keçirməyə və işğal siyasətinə xidmət etməyə məcbur edilirlər".

"Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu qoşunların təmas xətti boyunca insidentlərin və təxribatların yaranmasının əsas səbəbidir və regional sülh üçün ciddi təhlükədir. Bu kimi halların baş verməsinin qarşısını almaq üçün Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı və işğal siyasətinə son qoyulmalıdır. Yalnız bundan sonra regionda davamlı sülh və sabitliyi təmin etmək mümkündür", - H.Hacıyev qeyd edib. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Hikmət Hacıyev 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2018 19:54



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com