Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyun

2018
19:50
4181
Bakını bir-birinə qatan “Camaro” sürücüsü həbs edildi - FOTO/VİDEO

Tbilisi prospektində polisin əmrinə tabe olmayan və hadisə yerində qaçmağa müvəffəq olan sürücü barədə həbs qərarı verilib.

Bunu Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib.

Onun sözlərin görə, “Chevrolet Camaro” markalı 10 OZ 919 dövlət nişanlı avtomobilin sürücüsü yol-hərəkət qaydalarını kobudcasına pozub: 

“Yasamal rayon məhkəməsinin qərarına ilə Hümbətov Elçin Məcnun oğlu 30 gün həbs cəzası alıb, həmçinin bir il müddətinə  sürücülük hüququndan məhrum edilib”.

Vaqif Əsədov qeyd edib ki, qaydaları pozan şəxsin idarə etdiyi maşının cəriməsi olub: 

“Polislər tərəfindən sürücü dəfələrlə saxlama işarəsi verilsə də o, maşını saxlamayıb.

Nəhayət, Tbilisi prospektində süni tıxac yaradılaraq saxlanılsa da polis maşınını vuraraq qaçıb. Bu zaman onun təqib edilməsi dayandırıb.

Kameralar vasitəsilə təqib edilərək Xırdalan qəsəbəsində yaşadığı ünvanda aşkarlanıb. Lakin burada da avtomobildən düşərək qaçıb. 

Sonra avtomobil cərimə meydançasına qoyulub. Sürücü isə polis bölməsinə dəvət edilib”./oxu.az

Məqalədə : avtoş 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2018 21:34



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com