Sonuncu sınaq imtahanının nəticiləri açıqlanıb

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyun

2018
15:59
1912
Sonuncu sınaq imtahanının nəticiləri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 10-da keçirilən I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri ) sonuncu sınaq imtahanının nəticələrini açıqlayıb. 

DİM-dən FaktXəbər-ə verilən məlumata görə, sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 5252 abituriyentdən 164 nəfəri imtahana gəlməyib.

İmtahan qaydalarına zidd hərəkətlərə yol verdiyi üçün 2 abituriyent imtahandan xaric olunub.

İmtahan nəticələrini mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar.

Xatırladaq ki, yaxın günlərdə abituriyentlər, həmçinin müəllimlər, ekspertlər, valideynlər sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər.

Məqalədə : sınaq imtahanı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-08-2018 02:06



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com