Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyun

2018
14:23
Sınaq imtahanının nəticələri bu gün elan olunacaq

Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə iyunun 10-da keçirilmiş sınaq imtahanında istifadə edilmiş sual kitabçaları və test tapşırıqlarının doğru cavab etalonlarını açıqlayıb.

DİM-in mətbuat xidmətindən Faktxeber.com-a verilən məlumata görə, imtahan nəticələrinin gün ərzində elan olunması nəzərdə tutulur.

10 iyunda keçirilmiş sınaq imtahanında I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri ) istifadə olunmuş test tapşırıqlarının doğru cavab etalonları ilə DİM-in saytında tanış olmaq mümkündür.

Hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin gün ərzində (axşam saatlarında) elan olunması nəzərdə tutulur. İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar. 

Sınaq imtahanlarında istifadə olunmuş sual kitabçalarının elektron versiyasını DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində >"DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı "> “Sual kitabçaları” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür.

Yaxın günlərdə abituriyentlər, həmçinin müəllimlər, ekspertlər, valideynlər sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : DİM 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2018 04:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com