Bakıda bağçadakı uşaq zorakılığı ilə bağlı araşdırma başlanıldı - FOTO-VİDEO

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyun

2018
16:58
66670
Bakıda bağçadakı uşaq zorakılığı ilə bağlı araşdırma başlanıldı - FOTO-VİDEO

FaktXəbər-in verdiyi məlumata görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda uşaq bağçalarından birində tərbiyəçinin uşaqlara qarşı zorakılıq etməsini özündə əks etdirən görüntülərə münasibət bildirib.

Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov APA-ya açıqlamasında deyib ki, uşaq bağçasının yerləşdiyi ərazinin və uşaqlara qarşı zorakılığı törədən şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində aidiyyəti qurumlarla birgə araşdırmaya başlanılıb.

E. Səfərovun qeyd edib ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək: “Yayılan görüntülərlə bağlı müvafiq dövlət qurumları ilə əlaqə saxlanılıb, araşdırmalar aparılır. Uşaqlara qarşı zorakılıq yolverilməzdir. Uşaqlara xidmət göstərilən xüsusi müəssisələrdə peşəkar kadrlar çalışmalı, onların sosial-psixologiya sahəsində təhsilləri olmalıdır”.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakıda yerləşən özəl bağçalardan birində uşaqların tərbiyəçi tərəfindən zorakılığa məruz qalması ilə bağlı görüntülər yayılıb.

Görüntülər müxtəlif tarixlərdə müşahidə kameraları tərəfindən lentə alınıb.

***

FaktXəbər olaraq apardığımız araşdırmalar zamanı uşaqların döyülməsini özündə əks etdirən bağçanı müəyyənləşdirə bildik. Bu barədə bağçada övladı olan valideynlərdən biri də bizə yardımçı oldu.

Valideyn bildirdi ki, uşaqların döyüldüyü bağça Yasamal rayonunda yerləşən "Kids Studio"dur, müəllimənin adı isə Firuzə Tağıyevadır. 

Məsələ ilə əlaqədar sözügedən bağça ilə əlaqə saxladıq. Özünü bağçanın rəhbəri kimi təqdim edən, adının isə Nigar olduğunu söyləyən xanım FaktXəbər-ə açıqlamasında olayı təsdiqləsə də, görüntülərdə hər hansı bir döyülmədən söhbət getmədiyini söylədi: "Biz bir müddət öncə resepşında oturan xanımı işdən çıxarmışıq. O da qisasçılıq zəminində bu görüntüləri paylaşıb. Orada hər hansı bir döyülmədən söhbət getmir. Sadəcə olaraq müəllimə uşağın əlindən tutub silkələyir."

Qeyd edək ki, kadrlardakı görüntülər konkret uşaq zorakılığıdır və bağça rəhbərinin, "əlindən tutub silkələyib" sözünün heç bir əsası yoxdur. Müəllimə əvvəl uşağı sərt şəkildə silkələyir, daha sonra isə divara vurur. Digər görüntülərdə isə uşaqlara qarşı yenidən qəddarlıqlar var.

***

Bakıdakı məşhur özəl bağçalardan birində uşaqlara qarşı kobud rəftar, təhqir və işgəncə faktlarının açıq-aşkar əks olunduğu video-görüntü yayılıb. 

Görüntülər müxtəlif günlərdə təhlükəsizlik kameraları tərəfindən lentə alınıb və hər gün uşaqlara dözülməz zülm yaşadırlar. 

Əldə etdiyimiz məlumata görə, həmin bağçanın müvafiq icra hakimiyyəti orqanından lisenziyası da yoxdur. 

Biz həmin özəl bağçanın adını bilsək də, hazırda dəqiqləşdirilmələr aparıldığı üçün bu barədə informasiya vermirik.

Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunduğu deyilir./azxeber

Məqalədə : uşaq bağçası 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2018 01:22



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com