Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyun

2018
10:59
Əhalinin dollara tələbatı 15 dəfə artıb

Azərbaycan bankları bu ilin aprel ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 411,732 mln. ABŞ dollarının xalis satışını həyata keçirib. 

FaktXəbər Mərkəzi Banka (AMB) istinadən xəbər verir ki, bu, mart ayı ilə müqayisədə 15 dəfə çoxdur. 

Apreldə əhali banklardan 545,660 mln. dollar alıb, banklara 133,928 mln. dollar satıb. Aylıq müqayisədə əhaliyə dollar satışı 2,7 dəfə artıb, əhalidən dollar alışı isə 24% azalıb. 

2018-ci ilin yanvar-fevral aylarında aylarında əhalidən dollar alışı satışı üstələdiyi halda, mart və aprel aylarında əks proses baş verib. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : dollar 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2018 18:28



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com