- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Deputat, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "Yeni Müsavat" qəzetinə geniş müsahibə verib. Müsahibənin daha aktual hissələrini FaktXeber.com-un oxucularına təqdim edirik:
Azərbaycan ordusunun Naxçıvan istiqamətindən Ermənistanın nəzarətində olan ərazilərimizi geri alması xəbərini siz necə qarşıladınız?
- Çox sevindirici xəbər oldu. Bu, təxminən aprel hadisələrindəki qazandığımız uğurlara bənzər tarixi hadisədir. Fakt budur ki, 11 min kv km ərazi nəzarət altına alınıb, 80 faizi də əkin sahələridir və əhali o torpaqlardan istifadə edəcək. Naxçıvan camaatının o ərazini necə sevinclə ziyarət etməsini müşahidə etdik. Yavaş-yavaş məsələlər öz həllini tapacaq. Beynəlxalq aləm də anlayır ki, Ermənistanın işğalına son qoyulmasa, bölgədə vəziyyət hər an gərginləşə bilər. Əgər Ermənistan dövləti mövcudluğunu davam etdirmək istəyirsə, mütləq torpaqları azad edib, Azərbaycan dövləti ilə normal münasibət qurmalıdır.
- Rusiyanın bu hadisələrə soyuqqanlı yanaşması da maraqlıdır...
- Mən belə başa düşürəm ki, artıq Rusiya da bu hadisələrdən bezib. Rusiyanın özünün bu dəqiqə beynəlxalq aləmdə ciddi problemləri var. O, özünə yaxın dövlətlər axtarır, Azərbaycan kimi dövləti əldən buraxmaq da istəmir. Amma bilir ki, Azərbaycanın özünün xarici siyasət kursu var, o istiqamətdə fəaliyyət göstərir. Ona görə də çalışır ki, münasibətlər yaxşı olsun. Ermənistanda nə var? İqtisadiyyatı pis vəziyyətdə. Hakimiyyətə gələn Paşinyan qərbyönümlüləri ətrafına toplayır. Çünki düşünürlər ki, sabah Rusiya bölgədə təklənə bilər. Rusiya da bunların hamısını yaxşı anlayır. Bu ölkə də başa düşür ki, Azərbaycan gec-tez torpaqlarını geri alacaq. Ona görə də belə hadisələr baş verəndə mövqe bildirməyə tələsmirlər. Amma mən belə hesab edirəm ki, artıq Azərbaycan torpaqlarını geri qaytarmağın vaxtı çatıb. Bunun siyasi yolla həllini heç vaxt görməmişəm, indi də görmürəm. Necə ki, Fələstin torpaqlarının azadlığı ilə bağlı gedən mübarizə nəticə vermədi. Amma gec-tez onsuz da proseslər müharibəyə gətirib çıxaracaq, Azərbaycan öz torpaqlarını azad etməlidir. Getdikcə o gün yaxınlaşır. Ona görə də biz hər dəqiqədən səmərəli istifadə edib ordunu gücləndirməliyik ki, sabah problemimiz olmasın.
- Baş nazir Novruz Məmmədovla necə, ünsiyyətiniz olub?
- Bir dəfə. Təyin olunanda təbrik etmişəm, ondan sonra olmayıb. Ümumiyyətlə, hiss edirəm ki, nazirlər özləri hələlik ünsiyyətdən qaçırlar. Çünki ciddi kadr dəyişikliyi ilə məşğuldurlar. Həm də cənab prezident onların qarşısında ciddi məsələlər qoyub. Həm işlərində şəffaflığın təmin olunması, həm iqtisadi inkişafla əlaqədar, həm də 2016-cı ildə qəbul edilmiş Strateji Yol Xəritəsi ilə əlaqədar olaraq. Ümumiyyətlə, qarşıda mühüm vəzifələr var. Bu mənada nazirlərin işləri çoxdur. Ona görə də hələlik onlara imkan vermək lazımdır ki, öz vəzifələrini yerinə yetirib, nazirliklərdəki problemlərin həllinə nail olsunlar.
- Bir sıra icra başçıları vəzifələrindən azad edildi. Bu prosesi necə qiymətləndirirsiniz?
- Bu, gözlənilən idi. Məsələn, Qubanın icra başçısı var idi, işlədiyi dövrdə daşı daş üstə qoymadı. Çox ciddi nöqsanları var idi, mən rəhbərliyə bir neçə dəfə dedim ki, problem yarana bilər. Ona görə də rəhbərlik qərar qəbul etdi. İndi Qubaya təzə icra başçısı gəlib, Ziyəddin Əliyev. Çox böyük işlər görür, perspektiv planları da çox böyükdür. Əhali ilə görüşür, camaat da razılıq edir. Qusarın, Xaçmazın icra başçıları da əhali ilə təmasda olan şəxslərdir. Yəni icra başçıları böyük rol oynayır. İcra başçıları çalışmalıdırlar ki, rayonda iş yeri açılsın, investisiyalar qoyulsun. Onlar mərkəzi aparatlarla, nazirliklərlə işləməlidirlər.
- Bəs, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinatın olmaması, sizcə, nə ilə bağlıdır?
- Yəqin, təyin olunacaq. Ola bilər cənab prezidentin özünün fikri var. Mən çox istərdim ki, Bakıda mer seçkisi keçirilsin və Bakı böyük şəhər bələdiyyəsi olsun. Çünki Bakı artıq elə inkişaf mərhələsinə gəlib çatıb ki, buna böyük ehtiyac var. Bundan başqa, merin seçki yolu ilə seçilməsinə getmək olar. Yəqin ki, bu məsələlərə dövlətimiz tərəfindən baxılır. Cənab prezident elə bir şəxsi təyin etmək istəyir ki, Bakının gözəlliyi, inkişafı davamlı olsun.
- Növbədənkənar parlament seçkisinə gedilməsi real görünürmü?
- Vallah, mən onun reallığına inanmıram. Nə əhəmiyyəti var? Parlament normal fəaliyyət göstərir. Düzdür, 6 yer boşalıb. İstəsələr, o yerlərə əlavə seçkilər keçirilə bilər. Amma parlamentdə elə bir ciddi problem yox, ya qarşıdurma yoxdur. Parlament Azərbaycan dövlətinin siyasətini müdafiə edir, iqtisadiyyatımızın inkişafı üçün əlindən gələni edir, bu istiqamətdə bütün qanunları qəbul edir. Növbədənkənar parlament seçkilərinə o vaxt gedirlər ki, hökumətlə, dövlətlə parlament arasında ciddi qarşıdurmalar yaranır, fikirayrılıqları olur. Bu fikirayrılıqları yoxdur. Ona görə də mən növbədənkənar seçkiyə ehtiyac görmürəm.
13-11-2018 16:34 Bazarda qiymətlər böyük sürətlə inkişaf edir - Vahid Əhmədov
03-11-2018 14:06 Deputat Vahid Əhmədov nazirin müdafiəsinə qalxdı
24-09-2018 12:52 Deputat banklara səsləndi: "Vətəndaşlara güzəşt edilsin"
07-08-2018 14:49 "Gömrük rüsumlarının artımı qiymətləri bahalaşdıracaq"
23-04-2018 14:35 Deputat mühasibləri hədəfə aldı
- 22-02-2019 09:49 Sumqayıtda avtobus qəzasında xəsarət alanların SON VƏZİYYƏTİ
- 21-02-2019 14:22 Sosial şəbəkədə təhqir və böhtana görə cəzalar sərtləşdirilə bilər
- 21-02-2019 11:56 Bakıda istismara qəbul edilməyən 400-dək bina var
- 21-02-2019 10:15 "Hökumət problemli kreditlərlə bağlı qərar verəcək"
- 21-02-2019 09:53 SOCAR Gürcüstana satdığı qazı niyə bahalaşdırdı? - AÇIQLAMA
- 20-02-2019 16:44 Bakıda ağacların budanmasına rəsmi MÜNASİBƏT
- 20-02-2019 09:39 Novella Cəfəroğlu: "Əli İnsanov əfv oluna bilər"
- 19-02-2019 14:52 "Qonşu ölkələrin radio tezliklərinin qarşısı alınmalıdır"
- 19-02-2019 12:44 Ölkəyə soyuq hava kütləsi Rusiyadan gəlib - RƏSMİ
- 18-02-2019 16:50 Yazıçı Anarın Rüstəm İbrahimbəyovun yubiley mərasimi ilə bağlı açıqlaması
- 16-02-2019 11:00 Çeçen nazir Əli Həsənovun açıqlamasına münasibət bildirib
- 15-02-2019 10:55 Cavid İmamoğlu: Özümüzü "avtopilot" rejiminə keçirmişik - VİDEO
- 15-02-2019 10:26 Zahid Oruc yeni vəzifəsindən ilk müraciətini etdi
- 14-02-2019 15:34 Nazir yararsız heyvanlarla bağlı məsələyə aydınlıq gətirdi
- 13-02-2019 15:37 "Sosial medianın gətirdiyi fəsadlar bizi narahat edir"
- 12-02-2019 12:47 "Məhkəmələrdə dollar kreditləri ilə bağlı 200 minə yaxın iş var"
- 12-02-2019 09:48 Azərbaycanda daha iki bank bağlanır
- 11-02-2019 15:18 Novruz bayramı ərəfəsi əfv gözlənilir - RƏSMİ
- 11-02-2019 12:50 Ailə büdcəsini necə müəyyən etməli? - VİDEO
- 08-02-2019 10:11 Səadət Bənəniyarlı: "Qobustan həbsxanasına baş çəkəcəyik"
- 06-02-2019 16:42 130-dan çox təkan olub - Baş direktor
- 06-02-2019 13:01 Azərbaycan Gürcüstan münasibətlərindəki gərginliyin səbəbi - Politoloq şərhi
- 06-02-2019 09:31 Zəlzələyə görə bir nəfərin dili tutulub
- 05-02-2019 11:59 Bəlkə bu yaxınlarda Azərbaycana gəldim - Rüstəm İbrahimbəyov
- 05-02-2019 11:14 Gənclik qəzetə "torbada ilan" kimi baxır - EKSPERT