Suriyalı kürdlər Əsədin dialoq təklifini qəbul edib

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyun

2018
10:51
1784
Suriyalı kürdlər Əsədin dialoq təklifini qəbul edib

Suriyada "YPG" yaraqlılarından ibarət "Suriya Demokratik Qüvvələri" (SDQ) adlı silahlı qruplaşmanın siyasi qanadı olan "Demokratik Suriya Məclisi" (DSM) Bəşər Əsəd rəhbərliyinin dialoq təklifini qəbul etdiyini açıqlayıb. FaktXəbər bildirir ki, bu barədə "Sputnik" agentliyi məlumat yayıb.
 
Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsəd 31 may tarixində verdiyi bəyanatda ölkənin şimalına nəzarət edən kürd qüvvələrə dialoq təklif etmişdi. Əsəd bəyənatında, "Əgər danışıqlar nəticə verməzsə, bu bölgələri güc istifadə edərək azad edəcəyik",-deyə vurğulamışdı.

"Demokratik Suriya Məclisi" isə Suriya prezidentinin dialoq çağırışına müsbət cavab verərək yeni konstitusiyanın hazırlanmasını təklif edib: "Suriye hökumətinin dialoq qapılarını açmasını görəndə, biz tərəddüd etmədən bunu qəbul etdik. Yeni bir imkanın yaranması, Suriyada axan qanın dayandırılması, əmin-amanlıq mühitinin təmin edilməsi və yenidən inşa işlərinin başlanması üçün  hökumətin tərəflər arasında reallaşması nəzərdə tutulan danışıqlar haqqındakı açıqlamalarını müsbət qiymətləndiririk. Əsəd rəhbərliyi YPG-ni zəiflətmə, ABŞ-ı isə ölkədən çıxmağa məcbur taktikasına müraciət edəcək. Xalqın bütün nümayəndələrinin bir araya gəlməsi, təktərəfli və qırğın siyasətinə son qoyulmasına ümid edirik. Demokratik bir Suriya və bütün təbəqələrin bərabər təmsil olunduğu konstitusiyanın formalaşması üçün bütün tərəflər birləşmədən Suriyada həllin mümkün olmayacağını düşünürük".
 
Xatıladaq ki, "SDQ" regionda ABŞ tərəfindən dəstəklənir və Haseke, Kobani və Menbiç kimi bölgələrdə ABŞ-ın xüsusi təyinatlı qoşunlarının dəstəyi ilə fəaliyyət göstərir.

Məqalədə : Suriya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2018 14:18



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com