Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyun

2018
09:32
1496
Ərəblər Azərbaycana 500 milyon sərmayə yatırdılar

Birləşmiş Ərəb Əmirliklərindən olan investorlar Ələt qəsəbəsindəki azad ticarət zonası ərazisində istehsalatın yaradılmasına 500 milyon dollar sərmayə yatırıblar.

FaktXəbər bildirir ki, bu barədə Trend-ə məlumatlı mənbə xəbər verib.

Bununla belə, mənbə investisiyaların hansı layihəyə yatırıldığı barədə məlumat verməyib.

Mənbənin sözlərinə görə, azad ticarət zonasının qaydaları rezidentlərin vergilərdən və gömrük rüsumlarından azad edilməsini nəzərdə tutur.

Qeyd edək ki, azad ticarət zonasının yaradılması çərçivəsində konsaltinq xidmətlərini dünyanın ən iri liman operatorlarından olan "Dubai Port World" və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası həyata keçirir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-06-2018 12:11



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com