Ermənistanın qanı yenə qaralacaq; Azərbaycan `Terminator` alır - VİDEO

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 İyun

2018
16:26
20459
Ermənistanın qanı yenə qaralacaq; Azərbaycan `Terminator` alır - VİDEO

Azərbaycan Rusiyadan BMPT-72 “Terminator-2” tanka dəstək döyüş maşınlarını almağa maraq göstərir. Bu barədə “Sputnik” agentliyi Rusiyanın hərbi-sənaye kompleksindəki mənbələrə istinadən bildirib.

“Terminator-2” tanka dəstək döyüş maşınları hazırda Rusiyadan başqa təkcə Qazaxıstan ordusunun silahlanmasında yer alır. Əlcəzair bu il Rusiyadan həmin döyüş maşınlarının iri partiyasını alacaq. Azərbaycan, Peru və Suriya isə döyüş maşınlarını almağa maraq göstərir.

Rusiya artıq “Terminator-2” döyüş maşınlarını Suriyada sınaqdan keçirib. “Rostex” korporasiyasının sənaye üzrə direktoru Sergey Abramov bildirib ki, texnika özünü real döyüş şəraitində çox əla göstərib və aprel ayından başlayaraq Rusiya ordusunun silahlanmasına daxil edilir.

Habelə Abramovun sözlərinə görə, “Uralvaqonzavod” Suriya təcrübəsini nəzərə alaraq döyüş maşınlarının yeni versiyasını-“Terminator-3” ü işləyib hazırlamağa başlayıb. Məsələn, indiki döyüş maşınlarının heyəti 5 nəfərdən ibarətdirsə yeni versiyada avtomatlaşdırılmış sistemlərin sayəsində heyət üzvlərinin sayı 3 ola bilər. Bundan əlavə “Terminator-3” pilotsuz uçan aparatları, habelə mərmiləri və ən başlıcası iri çaplı top mərmilərini havada vura biləcək.


Virtualaz.org
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-08-2018 02:07



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com