Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 İyun

2018
20:38
Müsavat Partiyasının Məclisi qurultayla bağlı qərar verib

Müsavat Partiyasının Məclisinin bu gün keçirilən iclasında partiyanın növbəti qurultayının keçirilməsi ilə bağlı qərar qəbul olunub.

Bununla əlaqədar Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi (QHTK) yaradılıb.

QHTK-da Müsavat Partiyasının başqanı Arif Hacılı, partiyanın sabiq başqanı, Məclis üzvü İsa Qəmbər, Müsavat başqanının müavinləri Fərəc Kərimli, Səxavət Soltanlı, partiya başqanının sabiq müavinləri Elman Fəttah, Yadigar Sadıqov, Tofiq Yaqublu, Divan üzvləri Osman Kazımov, Alya Yaqublu, İkram İsrafil, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Sevinc Hüseynova və başqaları təmsil olunur.

Qurultayın ilin sonunda keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Müsavat Partiyasının sonuncu qurultayı 2014-cü ildə keçirilib, səsvermə yolu ilə Arif Hacılı partiyanın başqanı seçilib./Report

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2018 01:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com