Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 İyun

2018
15:23
Solovyov Qarabağla bağlı erməipərəst mövqeyini ortaya qoydu - VİDEO

Rusiyanın "Rossiya1" kanalında "Vladimir Solovyovla axşam" verlişində Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisi ilə bağlı dezinformasiyaya yol verilib. FaktXəbər bildirir ki, verlişin aparıcısı Vladimir Solovyov Dağlıq Qarabağı "Artsax" adlandırıb və orada ömür boyu ermənilərin yaşadığını həyəsızcasına iddia edib. 

Qeyd edək ki, rusiyalı aparıcı verlişdə qonaq olan ukraynalı politoloq Vyaçeslav Kovtunun Qarabağı Azərbaycanın ərazi bütövlüyü kimi təqdim etməsindən sonra coşub və işğalçı mövqeyini ortaya qoyib.

"Elə dönəmlər olub ki, müasir Yerevanın ərazisində ermənilər olmayıb, ancaq Qarabağ torpağında həmişə ermənilər yaşayıb. Bu məsələni həll etməyin yeganə yolu sülh deyilsə, deməli Qarabağda olan bütün ermənilərin məhv edilməlidir. Bəşəriyyət buna yol verməz",-deyə aparıcı əlavə edib.

Xatırladaq ki, 18 oktyabr 1991-ci il tarixində qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı Azərbaycan Respublikasının siyasi və iqtisadi təməlini qoyub. 26 noyabr 1991-ci il tarixində Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsi haqqında” Qanun qəbul edib. 1991-ci ilin sonu-1992-ci ilin əvvəlində münaqişənin hərbi mərhələsi başlandı. Sovet İttifaqının parçalanması və Azərbaycanda daxili çəkişmələr nəticəsində yaranmış siyasi qeyri-sabitlikdən istifadə edərək, Ermənistan xarici hərbi yardımla Dağlıq Qarabağda hərbi əməliyyatlara başlayıb.

Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Respublikası ərazisinin təxminən beşdə biri işğal olunmuş, ölkə daxilində təxminən hər 8 nəfərdən biri köçkün və ya qaçqına çevrilmiş, 20.000 insan həlak olmuş, 50 000 nəfər yaralanmış və ya əlil olmuş və Azərbaycan Respublikasının təxminən 5 000 vətəndaşı indiyədək itkin düşmüşdür. Azərbaycan Respublikasına qarşı təcavüz ölkənin sosial-iqtisadi həyatına ciddi ziyan vurmuşdur. İşğal olun­muş ərazilərdə 871 yaşayış məskəni, o cümlədən 11 şəhər, 12 qəsəbə, 848 kənd, yüzlərlə xəstə­xana və tibbi avadanlıq yandırılmış və ya yararsız hala salınmışdır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Solovyov 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2018 15:03



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com