Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 İyun

2018
14:36
1676
Səməd Seyidov: `Siyasi məhbus` adı altında Azərbaycana təzyiq ehtimalı var

"Mən AŞPA-nın yay sessiyasında iştirak edib öz mövqeyimi bildirəcəyəm". FaktXəbər -in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin üzvü, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

"Mənim funksiyaları yerinə yetirməyimə heç bir sanksiya tətbiq oluna bilməz. Mən büronun üzvüyəm. Bir qrup insanın mövqeyinin hansısa mərhələdə reallaşması o demək deyil ki, biz bundan imtina edək. Biz AŞPA-da aktiv fəaliyyət göstərəcəyik. Əminəm ki, onların arzuları ürəklərində qalacaq", - o qeyd edib.

S.Seyidov bildirib ki, AŞPA-nın yay sessiyanın ilk günündə Azərbaycanda aprelin 11-də keçirilmiş Prezident seçkiləri ilə bağlı hesabat müzakirə ediləcək: "Sessiya zamanı Azərbaycan nümayəndə heyətini narahat edən bir məsələ də müzakirə olunacaq. Bu, siyasi məhbuslarla bağlı məruzəçinin yenidən təyin olunmasını gündəmə gətirmək məsələsidir. Məruzəçinin təyinatı da konsktruktiv yanaşma deyil. Qoy təyin etsinlər, biz bundan çəkinmirik".

Məqalədə : Səməd Seyidov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2018 06:39



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com